Saat:15:43
Haqqımızda

Silahdaşına xəyanət edən baş nazir – Kreml Ştofun SSRİ-dən sığınacaq istəməsi xahişini rədd edib

2022-08-09 16:30:00

Silahdaşına xəyanət edən baş nazir – Kreml Ştofun SSRİ-dən sığınacaq istəməsi xahişini rədd edib

O, vəzifəsindən sui-istifadədə, ölkə iqtisadiyyatını dağıtmaqda, vəzifədə olduğu illərdə günahsız insanların həbs edilməsində ittiham olunanda SSRİ-dən siyasi sığınacaq istəyib. Amma 1990-cı ildə özü qeyri-müəyyən və gərgin vəziyyətdə olan Kreml Villi Ştofu qəbul etməkdən imtina edib...

1914-cü ildə Berlində fəhlə ailəsində anadan olan Villi Ştof orta ixtisas təhsili aldıqdan sonra əmək fəaliyyətinə daşyonan kimi başlayıb. Ştof gənc yaşlarından dünyada baş verən siyasi proseslərə böyük maraq göstərib. Məhz bu maraq sayəsində o, öz siyasi baxışlarını müəyyənləşdirərərk Almaniya Kommunist Partiyasının gənclər təşkilatına daxil olub. 1931-ci ildə isə Ştof bu partiyanın üzvü olub. 1933-cü ildə nasistlər hakimiyyətə gəldikdən sonra o, gizli fəaliyyət göstərən, nasist partiyasının siyasətinə qarşı çıxan müqavimət hərəkatının fəal üzvlərindən biri sayılıb.

Bundesarchiv_Bild_183-R0430-0305A,_Willi_Stoph.jpg (36 KB)

1935-ci ildə Ştof hərbi xidmətə çağırılıb, Vermaxt qoşunlarında 2 il xidmət etdikdən sonra tərxis olunub və Berlində mühəndis-arxitektura şirkətlərinin birində işə düzəlib. Ancaq çox keçməmiş, II Dünya müharibəsi başlayanda - 1940-cı ildə o, yenidən hərbi xidmətə çağırılıb. Ştof bu dəfə Şərq cəbhəsində, SSRİ-nin işğal olunmuş ərazilərində xidmət edib. Müharibənin bitməsinə bir neçə ay qalmış, 1945-ci ildə o, sovet hərbçiləri tərəfindən əsir götürülüb. Ştof həmin vaxtlar SSRİ-də təşkil edilmiş “antifaşist məktəbi”ndə kurslar keçib və o, bu kurslara könüllü yazılıb. Bu kursları bitirənlər əsasən SSRİ-nin işğal etdikləri ərazilərdə xidmət aparıblar.

Ştof Almaniyaya qayıtdıqdan sonra siyasi fəaliyyətini davam etdirib. O, Almaniya Kommunist Partiyası ilə Sosial-Demokrat Partiyasının birləşməsindən yaranan Almaniya Vahid Sosialist Partiyasında iqtisadiyyat idarəsinə rəhbərlik edib. Daha sonra Almaniya (ADR) Nazirlər Sovetində iqtisadiyyat idarəsinin rəhbəri olub.

vol1_media_original_old_41_79_417981_hires_0_316_5015_2949_1200x630_80_7_0_0JTQsNCy0LjQtCDQqNC 0LvQvtC80L7QstC40YcgIzQxNzk4MQ==_45_45_30b817e7eb5de1fec14e69c6739a2340.jpg (104 KB)

Almaniya Vahid Sosialist Partiyasının Siyasi Büro üzvü seçilən Ştof 1952-1955-ci illərdə daxili işlər naziri vəzifəsinə təyinat alıb. 1956-cı ildə isə müdafiə naziri vəzifəsi ona həvalə edilib.

1964-cü ildə Ştof Almaniya Nazirlər Sovetinin sədri kürsüsünə əyləşib. O, bu vəzifəni 1973-cü ilə qədər daşıyıb. Belə ki, həmin il Almaniyanın Dövlət Şurasının sədri Valter Ulbrixt vəfat edəndə bu vəzifəyə Ştof seçilib.

Erix Honekerrlə Ştof eyni siyasi cəbhədə ən yaxın silahdaşlar olublar. 1976-cı ildə Ştof Almaniya Dövlət Şurasının sədri vəzifəsini Honekerrə təhvil verib və yenidən Nazirlər Sovetinə rəhbərlik edib.

Мемориал_советским_воинам_в_Трептов_Парке._Э.Хонеккер._9.5.1982.jpg (152 KB)

1989-cu ilin sonlarına qədər Almaniyanın baş naziri olan Ştof Kreml rəhbərlərinin ən yaxın dostlarından biri sayılıb. O, sona qədər Kremlin həm siyasi, həm də iqtisadi kursuna sadiqlik nümayiş etdirib.

1989-cu ilin oktyabrında, ümumilikdə beynəlxalq müstəvidə sosializmin iflasa doğru getdiyi bir ərəfədə Almaniyada da Vahid Sosialist Partiyasına qarşı kütləvi narazılıq aksiyaları başlanıb. Ştof özünü qorumaq, siyasi karyerasını davam etdirmək üçün yaxın silahdaşı olan Honekerri qurban verməyi qərara alıb. Belə ki, partiyanın ümumi yığıncağı zamanı o, silahdaşını sərt tənqid edib və çıxışını bu sözlərlə bitirib:

“Erik, bu işlər daha belə davam edə bilməz. Sən artıq getməlisən...”

Amma bu xəyanət, bu cür hiyləgər gediş Ştofu xilas etməyib. 1989-cu ilin noyabr ayında Ştof tutduğu bütün vəzifələrdən azad edilib. Az sonra isə onun haqqında cinayət işi açılıb. Sabiq baş nazir həbs edilib. O, bir neçə maddə ilə - korrupsiya, vəzifə səlahiyyətlərini aşma və s.-lə ittiham olunub. Üç ay davam edən prosesdən sonra məhkəmə Ştofun səhhətindəki problemləri nəzərə alaraq onu azadlığa buraxıb.

Bundesarchiv_Bild_183-44786-0002,_Empfang_von_NVA-Offizieren_durch_Wilhelm_Pieck.jpg (70 KB)

Villi Ştof yaxşı anlayıb ki, ona göstərilən bu mərhəmət müvəqqətidir və həbs məsələsi gec-tez yenidən gündəmə gələcək. O, bunları nəzərə alaraq SSRİ-dən sığınacaq istəyib. Kreml “köhnə dost”un xahişini rədd edib.

1991-ci ildə Almaniya birləşdirilikdən sonra Ştof yenidən müttəhimlər kürsüsündə əyləşdirilib. Bu dəfə o, 17 iyun 1953-cü ildə Berlin divarları qarşısında nümayiş edənləri həbs etməkdə və güllələtdirməkdə ittiham olunub. Məhkəmə prosesi 9 aya qədər davam edib. Ştofun ölkənin yeni rəhbərlərinə və məhkəməyə müraciətindən sonra onun yaşı və səhhəti nəzərə alınaraq cinayət işini xətm ediblər. Amma Ştofun müsadirə edilən 200 min markası və iqamətgahı ona qaytarılmayıb. Sabiq baş nazir ömrünü ehtiyac içində davam etdirib.

Villi Ştof 1999-cu ildə 84 yaşında vəfat edib. O, ömrünün son illərində ictimaiyyət arasında görünməyib, tədbirlərdə iştirak etməyib, jurnalistləri özünə yaxın buraxmayıb.

Musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR