"Sezgin Baran Korkmazın ABŞ-a təhvil verilməsi Ərdoğan üçün ciddi problemlər yaradacaq" - XAQANİ CƏFƏRLİ

2022-06-17 13:33:00

"O, ABŞ-da mühakimə olunarsa, Türkiyə hökumətinə qarşı korrupsiya iddiaları irəli sürəcəyi və Ərdoğan üçün böyük bir kabus ola biləcəyi iddiası irəli sürülür"

"Avstriyanın ədliyyə naziri Alma Zadic Sezgin Baran Korkmazın ABŞ-a təhvil verilməsinə qərar verdi. Çirkli pulların yuyulmasında ittiham olunan Sezgin Baran Korkmazın Türkiyəyə deyil, ABŞ-a təhvil verilməsi rəsmi Ankara, xüsusilə də prezident Rəcəb Tayyib Ərdoğan üçün ciddi problemlər yaradacağı, Rza Zərrab problemidən də böyük problemə çevriləcəyi iddia olunur". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli deyib.

Politoloq qeyd edib ki, Rza Zərrabdan fərqli olaraq "SBK Holding"in sahibi Sezgin Baran Korkmazın prezident Ərdoğan, daxili işlər naziri Süleyman Soylu və keçmiş maliyyə naziri, prezidentin kürəkəni Berat Albayrakla münasibətlərini sübut edən foto və sənədlər mövcuddur: "AKP-nin üç əsas qurucusundan biri olan Bülent Arıncın bugünlərdə "Türk Demokrasi Vakfı"nda çıxışı zamanı "kral çıplaq demenin vaktı" açıqlaması da ciddi düşünməyə vadar edir. "Wall Street Journal" isə Sezgin Baran Korkmazın ABŞ-da mühakimə olunacağı tərzdə Türkiyə hökumətinə qarşı korrupsiya iddiaları irəli sürəcəyi və Ərdoğan üçün böyük bir kabus ola biləcəyi iddiasını irəli sürüb".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya