Səyyad Əlizadənin vəziyyəti ağırlaşdı

2021-09-14 10:28:00

Səyyad Əlizadənin vəziyyəti ağırlaşdı

Tanınmış müğənni Səyyad Əlizadənin vəziyyəti ağırlaşıb.

Bu barədə Kult.az-a Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, hazırda müğənni süni tənəffüs aparatından 70% oksigen dəstəyi alır. Müğənnin arterial təzyiqi 129/81, nəbzi 72, şəkəri 173, saturasiyası 88-dir.

Qeyd edək ki, müğənni avqustun 13-də koronavirus diaqnozu ilə Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasına yerləşdirilmişdi.axaraz