Səyyad Əlizadənin vəziyyəti ağırdır

2021-09-13 16:08:00

Səyyad Əlizadənin vəziyyəti ağırdır

Tanınmış müğənni Səyyad Əlizadə xəstəxanaya yerləşdirilib.

Hurriyyet.az Kult.az-a istinadən xəbər verir ki, bu haqda Bakı.vs-ə kürəkəni Razim Qarayev məlumat verib. O, hazırda müğənninin vəziyyətinin ağır olduğunu bildirib:

“10 gün idi koronavirusa yoluxmuşdu. Amma vəziyyəti bu gün ağırlaşdı. Təcili yardımla xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır olduğundan süni tənəffüs aparatıma qoşulub".

Qeyd edək ki, Səyyad Əlizadə Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasına yerləşdirilib.