Saat:10:05
Haqqımızda

Səyyad Əlizadə Mərkəzi Gömrük hospitalına köçürüldü

2021-09-17 10:03:00

Səyyad Əlizadə Mərkəzi Gömrük hospitalına köçürüldü

Müğənni Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük Hospitalına köçürülüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya sənətçinin bacısı Səidə Əliyeva bildirib.

O, qardaşı S.Əlizadəyə göstərilən diqqətə görə dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır.

Xatırladaq ki, koronavirusa yoluxduğuna görə komaya düşən müğənni Səyyad Əlizadənin bacısı köməklik göstərilməsi üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etmişdi.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR