Şeyxüilislam Roma Papası ilə görüşəcək

2022-09-10 14:23:00

Şeyxüilislam Roma Papası ilə görüşəcək

Sentyabrın 12-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstana səfər edəcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə QMİ-nin mətbuat xidməti məlumat yayıb.

Səfərdə məqsəd Qazaxıstanda keçiriləcək Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak etməkdir. Tədbir sentyabrın 14-15-də keçiriləcək

Şeyxülislam səfər zamanı Qazaxıstanın ali rəhbərliyi və tədbir çərçivəsində dünyanın nüfuzlu dini liderləri, o cümlədən Roma Papası Fransisk və Vatikan rəsmiləri, habelə Əl-Əzhar Universitetinin Baş İmamı Şeyx Əhməd əl-Tayyib ilə görüşəcək.

Səfər sentyabrın 16-dək davam edəcək.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063679