Şeyxin qudası: “Ağasif Şakiroğlu sərxoş idi, mənə zəng elədi, söydü…”

2023-01-18 19:37:00

Şeyxin qudası: “Ağasif Şakiroğlu sərxoş idi, mənə zəng elədi, söydü…”

“Ayın 11-də gecə saat 10-a işləmiş mənə zəng elədi. Dedi ki, mən sənlə kişi söhbəti etmişəm. Dedim “ay bala, sən mənim nəvəm yaşındasan, mənimlə kişi söhbəti edə bilməzsən”. İkincisi, burda nə var ki? Sən bu sözü demisən ki, Rəsul Quliyevin qucağında sünnət edilmişəm. Özü də təsdiq edir ki, hə, demişəm. Dedim ki, bəs sən mənə nə xəbərdarlıq edə bilərsən? Küçə söyüşləri ilə danışırdı, cavabını da artıqlaması ilə vermişəm. Sərxoş idi. Mən onun üçün bundan da ağır söz demişəm ki, Ağasifin keçmişi qaranlıqdan da qaranlıqdır… Dedim “ay bala, mən narkomanla da, cürbəcür adamlarla da söhbət edirəm”. İnsan insandır, nə böyüyü, nə kiçiyi. Nəinki Ağasif, mənə Azərbaycanda üç adamdan başqa heç kim xəbərdarlıq edə bilməz. Bunu dəfələrlə demişəm. Lazım olsa, özüm ona necə lazımdırsa, xəbərdarlıq edərəm. Uşaqdır, onunla nə danışım? Narkomana oxşayır. Bundan ağır söz olar?”

Hurriyyet.Az bildirir ki, bu sözləri Pravda.az-a Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası, sabiq deputat Qalib Salahzadə Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu ilə Bilgəhdəki mülkə görə yaranan qalmaqaldan danışarkən deyib.

“Ağasif hələ neçə il bundan əvvəl müsahibəsində demişdi ki, məni məhkəməyə verəcək. Getsin, versin də. Görmürsünüz, deyir ki, Rəsul Quliyevin qucağında sünnət edilmişəm? Adam kimin qucağında sünnət olar? Atasının qucağında olar də. 70 yaşım var, mənə yaraşmaz ki, 33 yaşında uşağın birini məhkəməyə verim. Bilirəm, hamısı gəlib mənə deyəcəklər ki, sənə ayıbdır, 70 yaşında kişisən, o isə nəvən yaşındadır. Daha demirlər ki… Ağasif Rəsul Quliyevin adı ilə kimlərdən pullar alıbsa, gedib bunların fikrini çəksin. Hara istəyir, getsin, müraciət etsin. Mən də bunu gözləyirəm. Bərk narahatdır ki, kimlərsə bu işlərə görə onu cəzalandırar. Ona görə də məsələni ictimailəşdirir ki, hacı Qaliblə belə söhbətim, konfliktim olub, mənə bir şey olsa, bilin… O kimdir ki? Hafiz Hacıyev də o vaxt çıxıb televiziyada dedi ki, hacı Qalibi Nardaranda döymüşəm. Belə şey olmayıb. Allaha and olsun, nəinki Nardaranda döymək, Hafiz Hacıyev heç mənim adımı çəkə bilməz, uşaqlar onu it gününə qoyarlar. Bunlar utanmaz, qızarmaz, abırsız adamlardır. Nə istəyirlər, danışırlar. Hafiz özü mənim on kilometrliyimə yaxın gələ bilməz. İndi Ağasifin etdiyi də “itin aya hürməyinə bənzəyir”. Başa düşür ki, başından böyük danışır. Qorxur ki, kimsə bunu cəzalandırar. Rəsul Quliyevin “şestorkası”dır. Əsas oyunçular var, qorxularından araya gəlmirlər. Özüm bilirəm kimlərdir, nədir, nə deyil”, – Q.Salahzadə bildirib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.210294