Saat:18:30
Haqqımızda

Şeyxin qızı partiya sədri ilə məhkəmədə yenidən üz-üzə

2022-07-03 00:12:00

Şeyxin qızı partiya sədri ilə məhkəmədə yenidən üz-üzə

Sabiq deputat Salahzadə Qalib Aslan oğlu, gəlini Salahzadə Xatirə Allahşükür qızı və həyat yoldaşı Salehzadə Zenfira Hacıbaba qızının Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğluna qarşı apellyasiya şikayətinin vaxtı məlum olub.

 

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclası sentyabrın 6-na təyin edilib.

 

Şikayət hakim İlham Kərimlinin sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: Salahzadə Qalib Aslan oğlu, gəlini Salahzadə Xatirə Allahşükür qızı və həyat yoldaşı Salehzadə Zenfira Hacıbaba qızı İbrahimov Ağasif Şakir oğluna qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində yerləşən, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şossesi 1, 2 və 3 ünvanlarına münasibətdə cavabdeh partiya sədri tərəfindən şəxsi evlərinə istifadəyə yaradılmış maneənin aradan qaldırılmasına, şəxsi evlərinin və torpaq sahəsinin özlərinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edib.

 

İddia tələbi onun əsaslandırılıb ki, ötən ilin iyun ayında Salahzadə Qalib Aslan oğlu Sabunçu rayon İcra şöbəsinə dəvət olunub. 02.07.2021-ci il tarixli məktuba və onunla apanlan söhbətə görə Bakı Apellyasiya Məhkəməsinin 17.03.2010-cu il tarixli icra vərəqəsi üzrə icra tədbirləri: Salahzadə Qalib Aslan oğlunun 20.10.1995-ci il tarixli 2 №-li orderlə, keçmiş spiker Rəsul Quliyevin arvadı və digər ailə üzvlərinə məxsus Bakı şəhəri Bilgəh qəsəbəsində yerləşən 1926 saylı bağ sahəsindən 10.11.1995-ci il tarixli 9 №-li orderə əsasən Bağırova (Quliyeva) Xanım Rəsul qızına məxsus 1927 saylı bağ sahəsindən, 10.11.1995-ci il tarixli 20 №-li orderə əsasən Quliyev Pərvin Rəsul oğluna məxsus 1928 saylı bağ sahəsindən, 20.10.1995-ci il tarixli 20 №-li orderə əsasən Quliyeva Elmira Hüseynqulu qızına məxsus 1929 saylı bağ sahəsindən və 18.05.1995-ci il tarixli 2 №-li orderə əsasən Quliyev Ziya Rəsul oğluna məxsus 1931 saylı bağ sahəsindən çıxarılması, icra hərəkətlərinin 07.07.2021-ci il tarixdə yerinə yetirilməsi nəzərdə tutulub.

 

Bildirilib ki, Qalib Salahzadə Bakı Apellyasiya Məhkəməsinin icra vərəqəsinin hələ 2010-cu ildə icraya yönəldilmiş olduğunu, icra işinə xitam verilmiş olduğunu bildirsə də, icra hərəkətinin davam etdirilməsi qərara alınıb.

 

25.06.2021-ci il tarixdə Sabunçu rayon icra şöbəsinin baş icra məmuru Daşqın Həsənəliyev və digər 6 nəfər icra məmurları tələbkarların nümayəndəsi, hal şahidləri, Yanğından mühafizə hissəsinin rəisi, məktubda göstərilən digər şəxslər icra hərəkətinin aparılması üçün mübahisəli əraziyə gəlib icra prosesinə başlamaq istədikdə iddiaçının nümayəndələri çıxarılmalı olduğu ərazi üzrə tələbkarların hüquqlarının təsdiqinə, ərazinin koordinatlarına, sərhədlərinə, mərzlərinə və digər əhəmiyyətli hallarına aid sənədləri tələb etdikdə, bu sənədlərin əldə olmadığı, Reyestr Xidmətinin nümayəndəsinin icra prosesində iştirak etmədiyi məlum olub və nümayəndələrinin tələbinə əsasən həmin əsaslarla icra hərəkəti həmin gün qeyri-müəyyən vaxta təxirə salınmışdı.

 

Qeyd edilib ki, buna baxmayaraq, bir neçə gündən sonra hazırkı iş üzrə cavabdeh Ağasif Şakir oğlu İbrahimov şəxsiyyətləri məlum olmayan bir neçə şəxslə əraziyə gəlib, Salahzadə Qalib Aslan oğlunun, Salahzadə Xatirə Allahşükür qızının və Salehzadə Zenfıra Hacıbala qızının, həmçinin digər ailə üzvlərinin evdə olmamasından istifadə edərək Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində yerləşən, Bakı şəhəri Bilgəh qəsəbəsi Zaqulba şossesi 1, 2 və 3 ünvanlarındakı fərdi yaşayış evlərinə, həmçinin Zenfira Salehzadəyə məxsus olan Zaqulba şossesi 3 ünvanda yerləşən 3 000 kv.m. torpaq sahəsinə, mülkiyyət hüquqları təsdiq edilmiş yaşayış evlərinə quldurcasına basqın edib, qapıları sındırmış, iddiaçıların öz evlərinə gediş-gəlişlərini qadağan ediblər.

 

Belə ki, şəxsi evlərinin qapılarına polis naryadı cəlb edilib. Sabunçu rayon Mühafizə İdarəsinin 02.08.2021-ci il tarixli cavab məktubunda naryad üçün müqavilənin Ağasif İbrahimovla bağlanmış olduğu bildirilib. \\Pravda.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR