Saat:01:32
Haqqımızda

Şeyx Əbdul mobil danışıqların qiymətini qaldırmağı TƏKLİF ETDİ: “Ailələr dağılmasın”

2022-08-13 12:33:00

Şeyx Əbdul mobil danışıqların qiymətini qaldırmağı TƏKLİF ETDİ: “Ailələr dağılmasın”

Misirdə qəribə qərar verilib. Bundan sonra misirli qadınlar ərlərinin telefonunu izləyə və yaxud qarışdıra bilməyəcəklər.

Bu qaydaları pozan qadınlar hüquqi məsuliyyət daşıyacaqlar.

Orjinal və maraqlı qərardır. Çünki, ailə institutunda ən çox narazılıq yaradan məsələlərdən biri də telefon yazışmalarıdır.

İstər qadın, istərsə də kişi çox istəyir ki, yoldaşının kiminlə və nə yazışdığını öyrənsin.

Bəzi hallarda bu marağı boğa bilməyənlər icazəsiz olaraq həyat yoldaşının telefonunu qarşıdırır. Bu isə bütün hallarda ciddi narazılığa, bəzən isə böyük qalmaqala səbəb olur.

Ona görə də Misirdə qəbul edilmiş bu qərar böyük maraqla qarşılanıb. Bəs bizim cəmiyyətdə bu məsələyə necə baxılır?

Bizim.Media ilə fikirlərini bölüşən Xalq artisti Əbdül Mahmudov Misir dövlətinin bu qərarını alqışladığını bildirdi:

“Mobil telefonlar ailələrin dağılmasının, gənclərin yüngül həyat yolu seçməsinin bir nömrəli səbəbkarıdır.

Bizim təfəkkürümüz müasir texnoloji inkişafla ayaqlaşmır. Bizim təfəkkürümüz çox geri qalıb. Acınacaqlı vəziyyətdəyik.

Ana 2 uşağını və ailəsini atıb telefonla tanış olduğu bir adamın yanına qaçırsa, gənc qız firavan həyat eşqi ilə tanımadığı bir oğlanla yola çıxırsa, oğul xəstə ata-anasını atıb yaxından tanımadığı qızın yanına gedirsə, bunun tək səbəbi mobil telefondur. Ona görə də Misir dövləti düz eləyib”.

Xalq artisti mobil rabitə ilə bağlı maraqlı təklif də verdi:

“Yaxşı olar ki, mobil telefonun danışıq qiymətini qaldırsınlar. Məsələn, 1 dəqiqənin qiyməti qoy olsun 10 manat. Onda insanlar bir az bu telefon asılılığından qurtular. Hara baxırsan hamı telefonla məşğuldur.

Evdə arvad da, kişi də, uşaq da 24 saat telefonla məşğuldur. İnsanlar son qəpiyini tərəddüd etmədən kontura verir. Bu bizi ağıla gəlməz faciələrə aparır. Ona görə yenə deyirəm: Danışıq dəqiqəsini 10-20 manata qaldırmaq lazımdır ki, insanlar telefonla ancaq “salam”, “sağ ol” deyə bilsinlər”.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR