Seyran Səxavətdən “nazir“ə sərt cavab: “İtin peşəsi hürməkdir“

2021-11-25 16:48:00

Seyran Səxavətdən “nazir“ə sərt cavab: “İtin peşəsi hürməkdir“

“Şuşa bizim olub, bir gün onu yenə alacağıq. Heç vaxt Azərbaycanın bir hissəsi olmayacağıq. Bu səbəbdən heç kim bizi belə bir qərara məcbur edə bilməz. Əks halda iki yolumuz var: Ya yeni genişmiqyaslı müharibə etməliyik və qan tökülməlidir”. 

Bu sözləri ötən gün qondarma "respublika"nın "xarici işlər naziri" Davit Babayan deyib. “Nazir”in bu sözləri ciddi etirazlara səbəb olub.

Ermənilərin bu cür hayasızlığı nə vaxta qədər davam edəcək? Onlar əvvəldən ikiüzlü olub, yoxsa 44 günlük müharibənin təsirindən çıxa bilmirlər?

Tanınmış yazıçı Seyran Səxavət mövzu ilə bağlı Yenisabah.az-a danışıb. O, Ermənilərin hayasızlıq məsələsində peşəkar olduqlarını qeyd edib:

“Mən ermənilərin hayasızlığını çox görmüşəm. İtin peşəsi həmişə hürmək, karvanın işi öz yoluna davam edib, mənzil başına yetməkdir. Azərbaycanın siyasi dairələri nə etdiklərini bilirlər. Mətbuat isə ermənilərin adi hərəkətlərinə belə reaksiya verir. Bu cür fikirlərə reaksiya vermək lazım deyil.

Ermənilər əvvəldən pis, ikiüzlü olublar. Ağdam kimi gözəl şəhəri necə darmadağın ediblər. İnsanın heç düşmən evini dağıtmağa ürəyi gəlmir.

Pislik ermənilərin xislətidir, toxumlarına lənət, toxumları belədir.

Gələcəkdə onlarla “dostluq” etsək belə gərək dəyənəyimizi əlimizdən yerə qoymayaq. Deyir: “itlə dostluq et, dəyənəyi əlindən yerə qoyma”.

Mənim bir Ziba nənəm var idi, qalalı qızı deyirdilər, yəni şuşalı idi. Onun necə dahi olduğunu indi başa düşürəm. O vaxt ermənilərlə yaşadığımız zamandan onlardan xoşu gəlmirdi. Erməninin su içdiyi stəkanı yerə çırpıb sındırardı ki, onlar murdardı. Həqiqətən də onlar çox murdar millətdir...”

yenisabah.az