"Seyid mollaların uydurmasıdır" - RƏŞİD MAHMUDOV

2022-08-23 16:50:00

"Hazırda 4-5 nəfər peyğəmbər nəslindən olan insan qalıb, onlar da Səudiyyə Ərəbistanında yaşayır"

"İnsanların anlamadan kimə gəldi seyid deməsi, hər deyilənə inanması yanlışdır". Bunu Hurriyyet.az-a açıqlamasında proffessor Rəşid Mahmudov, ilahiyyatçı Elşad Mirinin "Mir Mövsüm Ağa möhtəşəm seyid idisə, niyə özünü sağalda bilmirdi?!" fikrinə münasibət bildirərkən deyib.

"Mən Elşad Mirini tanıyıram, çox savadlı insandır, düz deyir. Seyid yalnızca peyğəmbər nəslindən olan insanlara deyilir. Hal-hazırda 4-5 nəfər peyğəmbər nəslindən olan insan qalıb. Həmin 4-5 nəfər şəxs də Səudiyyə Ərəbistanında yaşayır. Hansı ki, bu seyidlərə 200 min avro pul təqdim olunur. Lakin onlar,  həmin puldan imtina edərək, uşaq evlərinə bağışlayır. Digəri isə Şuşada İbrahim Xan olub.Yerdə qalanlar isə qondarma "seyid"lərdir, onlar mollaların uydurmasıdır. İnsanların inanmağı, həqiqəti anlamadan seyid deməyi düzgün deyil. İnsan yalnız ağılla düşünüb, yaşamalıdır. Bilin ki, seyid təkcə hal-hazırda peyğəmbərin nəslindən qalan insanlardır".

Qeyd edək ki, ilahiyyatçı Elşad Mirinin sosial şəbəkədə Mir Mövsüm Ağa barəsində paylaşdığı “Adı çəkilən şəxs özü elə möhtəşəm seyid idisə, niyə özünü sağalda bilmirdi?! O şəxs özünü ayağa qaldıra bilirdimi? Bu məsələnin islamda heç bir əhəmiyyəti əsası yoxdur” deyə paylaşdığı ifadələr səs-küyə səbəb olmuşdur.

Nərmin Məmmədli,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057992