Saat:15:04
Haqqımızda

Şəxs istintaq orqanına çağırış vərəqəsi olmadan telefonla da çağırıla biləcək

2024-01-26 23:18:12

Şəxs istintaq orqanına çağırış vərəqəsi olmadan telefonla da çağırıla biləcək

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti tərəfindən 22 dekabr 2023-cü ildə imzalanmış və 26 yanvar 2024-cü ildə qüvvəyə minmiş Qanunla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər edilib.

Hurriyyet.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Cinayət-Prosessual Məcəlləyə edilmiş dəyişikliklərdən biri də şəxsin istintaq orqanına çağırılması qaydaları ilə bağlıdır.

Belə ki, həmin Məcəlləyə əlavə edilmiş 54-2.6-cı maddəyə əsasən, şəxs telefon, videokonfrans əlaqə sistemi və ya digər rabitə və telekommunikasiya vasitələrindən istifadə edilməklə çağırıla bilər. 

Bu halda çağırılan şəxsə çağırış vərəqəsinin bu Məcəllənin 54-2.1-ci maddəsində nəzərdə tutulmuş məzmunu, o cümlədən çağırılan şəxsin hüquq və vəzifələri izah edilir və bu barədə protokol tərtib olunur. 

Şübhəli və ya təqsirləndirilən şəxs telefon, videokonfrans əlaqə sistemi və ya digər rabitə və telekommunikasiya vasitələrindən istifadə edilməklə çağırıldıqda həmin şəxs qabaqcadan xəbərdar olunmaqla onun səsinin qeyd edilməsi təmin olunmalı, bu protokollaşdırılmalı və müvafiq elektron daşıyıcı protokola əlavə edilməlidir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR