Saat:03:57
Haqqımızda

"Sevindim həm də ona görə ki, azlıqda olsalar da onlardan əzilməyənləri hələ ki, qalıb" – ELDAR SABİROĞLU YAZIR

2022-12-03 23:23:00

YAP-ın 30 illiyini böyük təntənə ilə keçirdilər. Çox mübarək!!!

Yubileyd ağır və çətin illərdə dahi və qədrbilən mərhum Heydər Əliyevin rəhbərliyi ilə bərabər yürüdüyümüz, siyasi mübarizəni birlikdə apardığımız partiya yoldaşlarımı gördükdə sevindim. Sevindim həm də ona görə ki, azlıqda olsalar da onlardan əzilməyənləri hələ ki, qalıb. Lakin nədənsə dövlət televiziyası bu partiya qəhrəmanlarını ekrana az-az gətirirdi. Əsasən satışa çıxarılmışları, hansılar ki, vaxtı ilə Heydər Əliyevi ən ağır və tərbiyəsiz söyüşlərə, təhqiramiz ifadələrə məruz qoyanları ekran görüntülərində tez-tez göstərirdilər. Fikirləşdim ki, bəlkə bununla  yerdə qalan digər müxalifətçilərə  acıq verirlər ki, di gedin, ağıl toplayın başınıza!!! Yaxud... Dərinə getmirəm. Getsəm, guya ki, "Klivlentdəki it kimi inildəyir, o bitsin, pleyboyla bacarmaq bizim üçün asandır", və ya "Elmarı İlham Əliyev öldürtdürüb, biz də silahlanıb onu öldürməliyik" - deyə sərsəmləyən "müxalifətçilər"in oturacaqlarına mismarmı qoyacaqlar!? Əvəzində boyunlarına medal taxıb mükafatlandırıldılar. Mən isə sanki xalq düşməniyəm, yolunda əmək sərf etdiyim, zamanında ideoloji  platformasının və təbliğat işinin formalaşdırmasında zəhmət çəkdiyim partiyanın yubileyində iştirakımı belə lazım bilmirlər. Əslində, burada hörmətli partiya sədrində zərrəcə günah görmürəm. Guya işi-gücü qurtarıb  mənim yubileydə iştirak edib-etməməyimi nəzarətə götürübmüş!

 

Eldar SABİROĞLU,

Sabiq millət vəkili, ehtiyatda olan polkovnik

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR