Saat:06:39
Haqqımızda

"Sevinc Osmanqızının yenə azğı yandı, amma üzr istəmədi, ən yaxşı bildiyi həyasızlığı edir" - NATİQ CƏFƏRLİ

2024-04-19 11:36:46

"İlham Əliyev, azı 4-5 dəfə açıq mətnlə bildirib ki, Azərbaycan Ordusu qardaş Türkiyə Ordusu standartları ilə qurulur, hətta faktiki Ordularımızın və təhlükəsizlik sistemimizin inteqarasiyası baş verib, bunu görməmək artıq cığallıq deyil, sadəcə axmaqlıqdır"

"Sevinc Osmanqızı kimi qəribə (çox yumşaq ifadə axtardım) ikinci adam çətin tapılar. İllərdir bizə, REAL-a qarşı mübarizə apardı, biz seçkiyə çağırdıqca, o boykotçuların ruporu oldu, sonra səhv etdiyini anlayıb boykotçuların üzərinə getdi, seçkilərin vacibliyindən danışdı, amma bircə dəfə də bizə qarşı qarayaxma kompaniyasına görə, sifarişlə üzərimizə gəldiyinə görə üzr istəmədi". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli qeyd edib.

REAL-ın icra katibi bildirib ki, Sevinc Osmanqızı 2023-cü ilin sentyabr ayına qədər həmin o boykotçularla səs-səsə verib, “Rusiya bizi işğal etdi, Qarabağı bizə rus verdi, Azərbaycan Rusiyanın forpostu oldu”, kimi absurd iddialarla çıxış etməyə, “hanı Xənkəndi-Xocavənd-Xocalı”, vay-şüvəninə qoşuldu, yenə azğı yandı, amma üzr istəmədi: "Sonra isə həmin dəstə ilə birgə, “rus burdan heç vaxt çıxmayacaq”, deyərək dizinə döyməyə başladı. Canlı yayım açıb üzr istəməkdən, səhv etdiyini etiraf etməkdənsə, müstəsnə hayasızlıqla Türkiyə-Rusiya monitornq qrupunun da işini dayandırmasını neqativ bir hadisə kimi təqdim etməyə çalışdı. Guya, Türkiyənin qeydinə qalırdı, öz aləmində Türkiyə ilə münasibətlərinə kölgə salmağa çalışdı. Adam bilmirmi ki, Türkiyə ordusu çoxdan burdadır, guya eşitməyibmi ki, Türkiyə ilə birgə hərbi təlim-tədris mərkəzləri yaradılıb?! Bilir, yaxşı bilir, amma ən yaxşı bildiyi həyasızlığı edir. İlham Əliyev, azı 4-5 dəfə açıq mətnlə bildirib ki, Azərbaycan Ordusu qardaş Türkiyə Ordusu standartları ilə qurulur, hətta faktiki Ordularımızın və təhlükəsizlik sistemimizin inteqarasiyası baş verib. Bunu görməmək artıq cığallıq deyil, sadəcə axmaqlıqdır".

Natiq Cəfərlinin sözlərinə görə, Çin fəlsəfəsi deyir ki, düşməninizin ölümünü istəyirsinizsə və siz tam haqlısınızsa, heç nə etməyin, çayın qırağında oturun-gözləyin, günün birində çay sizin düşməninizi qarşınızdan axıdacaq: "Gözəl sözlərdir, illərdir bizə qarşı haqsız olaraq yalan, qarayaxma aparanların böyük əksəriyyəti “siyasi meyit" olaraq qarşımızdan axıb-keçib tarixin arxivinə gömüldülər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.245865