Saat:04:13
Haqqımızda

Sevinc, həm də kədər - Rey Kərimoğlu Xankəndi, Əsgəran, Xocalıda gördüklərini anlatdı

2024-02-09 21:32:17

Sevinc, həm də kədər - Rey Kərimoğlu Xankəndi, Əsgəran, Xocalıda gördüklərini anlatdı
"Beynəlxalq Avrasiya Mətbuat Fondunun 50 nəfərlik müşahidəçi heyətinin üzvü kimi Əsgəran, Xocalı, Xankəndi, Şuşa və Füzulidə yaradılmış müvafiq seçki məntəqələrində müşahidə missiyasını yerinə yetirdik". 
 
Hurriyyet.Az bildirir ki, bu sözləri "Serq.Az"a açıqlamasında Qarabağ qazisi, “Qarabağ Qaziləri” İctimai Birliyinin İdarə Heyətinin üzvü, "Qazilər.az" saytının baş redaktoru Rey Kərimoğlu deyib. 
 
Qarabağ qazisi səfər zamanı yaşadıqlarından, seçki müşahidələrindən qısaca bəhs edib: 
 
"Çox gözəl, izaholunmaz qarışıq hisslər yaşadıq. Allah bütün şəhidlərimizin ruhunu şad etsin, qazilərimizə can sağlığı versin. Ali Baş Komandanımızın rəhbərliyi ilə yurdlarımız işğaldan azad olundu. İnşallah, Xankəndinə gedənlər oranın necə yer olduğunu görəcəklər. Sevinc və qürur hissi ilə yanaşı kədərli anlarımız da oldu. Əsgəran, Xocalı istiqamətinə gedərkən xocalıların şəhid edildiyi, insanların qətliama məruz qaldığı həmin yerləri gördüm. Çox kədərliydim. 1992-ci ildən sonra ilk dəfəydi həmin yeri görürdüm. Ona görə kədərləndim. Həm də sevincli idim ki, belə möhtəşəm günlər yaşayırıq. Azərbaycanın müstəqillik tarixində ilk dəfə Xankəndidə seçki keçirildi və seçkini biz də müşahidə etdik. Mən, Umud Rəhimoğlu və Fuad Abbasov, üçümüz Xankəndidə səs verdik. Gözəl hisslər idi".
 
Rey Kərimoğlu səsvermədə seçici aktivliyinin yüksək olduğunu da söyləyib: 
 
"Seçicilərin əhval-ruhiyyəsi yüksək idi. Füzulidə seçicilər o qədər çox idi ki, məntəqənin qarşısında böyük növbələr, izdiham yaranmışdı. Qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə də rastlaşdıq. Ümumiyyətlə, QHT-lər seçki prosesində çox aktiv iştirak etdilər. Qeyd edim ki, "Qarabağ Qazilər" İctimai Birliyinin də müşahidəçiləri var idi. Müxtəlif müşahidəçi qruplarında təmsil olunmaqla müstəqil şəkildə prosesdə böyük komanda ilə iştirak edirdirlər".  
 
 
Məlumat üçün deyək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə Xankəndi şəhərində Prezidenti seçkiləri keçirilib. Səsvermə 122 saylı Xankəndi seçki dairəsinin 14 saylı məntəqəsində, şəhərin mərkəzi inzibati binasında baş tutub. Seçki günü seçici fəallığı müşahidə olunub.
1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR