Saat:19:04
Haqqımızda

Sevgilinin psixopat olduğunu necə bilməli?– 5 əsas əlamət

2024-05-01 23:41:40

Sevgilinin psixopat olduğunu necə bilməli?– 5 əsas əlamət

Ərim psixdir, sevgilim psixdir sözünü tez-tez eşidirik və ya deyirik. Bəzən həqiqi psixopatın necə olduğunu bilmirik.

Psixopatların 5 əsas özəlliyi var.

Onlar hissləri imitasiya edir, lakin onları həqiqi mənada keçirmir, yaşamır, hiss etmir.

Yəni onlarda təşəkkür, sevgi, qayğı, üzüntü hissi yoxdur.

ELəcə də onlarda empati və vicdan olmur, öz məqsədləri naminə qarşısındakı hər kəsi tapdalayıb əzə bilər.

Amma təəssüf ki, bunları ilk baxışdan görmək olmur, zahirən onlar ətrafa çox xoş və müsbət təsir edirlər.

Yalnız onu həyatına buraxdıqdan sonra sənin şəxsiyyətindən əsər-əlamət qalmır, sanki onun ayrıca muxtar respublikası və qanunları var, onun təsiri altında düşdüyünüz andan idarə edilən kuklaya dönürsüz.

Psixi necə tanımalı?

- İlk başda, o arzularının kişisi kimi özünü göstərir. Sənin arzularını, fikirlərini sanki oxuyur. Bütün istəklərinə hə deyir, dəridən qabıqdan çıxır.

- Hadisələr süətlə cərəyan edir, 1 aya evlilik, ailələrin tanışlığı ola bilər.

- Virtuoz şəkildə yalan deyir, and içir, heç bir səhvdə özünü günahkar bilmir, qarşı tərəfi günahlandırır.

- O heç vaxt susmur və tez-tez bu sözləri təkrarlayır: Sən başa düşmürsən Mən belə deməmişəm. Sən nə istəyirsən?

- Çox tez –tez yalandan əzizlərinin canına, bütün müqəddəslərə and içirlər.

- Nəticədə o səni inandıracaq ki, o idealdır, sən isə çox qısqancsan, geridə qalmısan, qorxaqsan, anlayışsızsan, diqqətcil deyilsən və s. \\Medicina.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.198114