Saat:06:25
Haqqımızda

Seul və Tehran İranın dondurulmuş vəsaitini aktivləşdirmək üçün danışıqlar aparır

2022-01-20 17:25:00

Seul və Tehran İranın dondurulmuş vəsaitini aktivləşdirmək üçün danışıqlar aparır

"Yonhap" xəbər agentliyi Cənubi Koreya hökumət rəsmilərinə istinadən xəbər verir ki, Cənubi Koreya və İran Tehranın dondurulmuş aktivlərindən BMT-na üzvlük haqqını ödəmək üçün istifadə etmək imkanları ilə bağlı danışıqlar aparır.

Eləcə də bildirilib ki, Cənubi Koreya Birləşmiş Millətlər Təşkilatına üzvlük haqqını ödəmək və yenidən səsvermə hüququ əldə etmək üçün ABŞ-ın sanksiyaları səbəbindən İranın dondurulmuş aktivlərindən istifadə etməyi təklif edib.
İranın ABŞ sanksiyaları səbəbindən dondurulmuş "Koreya Sənaye Bankı" (IBK) və "Worri Bank" da daxil olmaqla iki Cənubi Koreya bankında 7 milyard dollardan çox aktivi var.
İran dondurulmuş aktivlərindən qadağanın qaldırılmasını tələb edir ki, bu da İran və Cənubi Koreya arasında ikitərəfli münasibətlərdə həssas məsələdir.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR