Saat:08:47
Haqqımızda

Seul ilə Pxenyan arasında buzlar əriyir

2021-07-27 13:14:00

Seul ilə Pxenyan arasında buzlar əriyir

Hurriyyet.org xəbər verir ki, uzun müddətdən sonra Şimali Koreya ilə Cənubi Koreyanın münasibətləri yenidən yaxşılaşmaqdadır.

Cənubi Koreyanın Prezidenti Mun Çje İn ilə Koreya Xalq Demokratik Respublikasının dövlət başçısı Kim Çen In Seul ilə Pxenyan arasındakı rabitəni bərpa eləmək barəsində razılıq əldə ediblər. Bu barədə açıqlamanı Cənubi Koreya Prezidentinin administrasiyası verib.

Administrasiyanın açıqlamasında bildirilir ki, bu ilin aprel ayından bəri iki dövlətin rəhbərləri dəfələrlə əlaqə saxlayıblar və bu təmaslar sayəsində 2020-ci ildə Pxenyanın birtərəfli şəkildə imtina elədiyi əlaqə kanalının bərpa edilməsi barəsində razılaşma əldə eləmək mümkün olub.

Açıqlamada iki ölkə arasındakı rəsmi kommunikasiya xətlərinin aftivləşdirildiyi bildirilir.

Şimali Koreya da Cənubi Koreyanın açıqlamasını rəsmən təsdiqləyib.

Ötən il Cənubi Koreyanın QHT fəallarının sərhəddən qanunsuz şəkildə hava şarları vasitəsi ilə təbliğat vərəqələri atmasına cavab olaraq KXDR Cənubi Koreya ilə bütün rabitə vasitələrinin fəaliyyətini dayandırmışdı.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR