Səudiyyə Ərəbistanının Xartumdakı attaşe ofisinə hücum edildi

2023-05-03 23:11:00

Səudiyyə Ərəbistanının Xartumdakı attaşe ofisinə hücum edildi

Səudiyyə Ərəbistanının Sudanın paytaxtı Xartumdakı səfirliyinin mədəniyyət attaşesinin ofisinə hücum edilib.
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bir qrup silahlı şəxs binaya soxularaq kamera və avadanlıqları zədələyib, diplomatik nümayəndəliyin bəzi əmlakını aparıblar.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi basqını kəskin şəkildə pisləyib, diplomatik nümayəndəliklərə hörmət etməyə və əmələ görə məsuliyyət daşıyanları cəzalandırmağa çağırıb.
Səudiyyə Ərəbistanının diplomatik missiyası həmçinin Sudanda silahlı münaqişə tərəflərini hərbi gərginliyin artmasını dayandırmağa, ölkədə zorakılığa son qoymağa və Sudanda diplomatların və mülki şəxslərin müdafiəsini təmin etməyə çağırıb. \\Avropa.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.244011