Səudiyyə Ərəbistanının Silahlı Qüvvələri yüksək hazırlıq səviyyəsinə gətiriliblər
2023-10-31 11:26:13

Hurriyyet.az xəbər verir ki, “Ənsar Allah” hərəkatından olan yəmənli qiyamçılarla – husilərlə toqquşmadan sonra Səudiyyə Ərəbistanının Silahlı Qüvvələri və HHM sistemləri yüksək hazırlıq vəziyyətinə gətiriliblər.
Bu barədə məlumatı “Blumberq” agentliyi öz mənbələrinə istinadla verib.
Agentliyin məlumatına görə, bir neçə həftə bundan əvvəl qiyamçılar Səudiyyə Ərəbistanının ərazisinə raket zərbəsi endirməyə cəhd etdikdən sonra krallığın bütün hərbçilərinə döyüşə hazır vəziyyətdə olmaq əmri verilib. Raket HHM sistemləri tərəfindən dəf edilib.
Bundan əlavə, Yəmənlə sərhəddəki Cizan vilayətində qiyamçılarla toqquşma nəticəsində Səudiyyə Ərəbistanının 4 nəfər əsgəri həlak olub.
Hürr Tərcüman
