Səudiyyə Ərəbistanı Kəşmir məsələsini birdəfəlik həll etməyə çağırıb
2021-09-21 18:32:00
Səudiyyə Ərəbistanı xarici işlər naziri Şahzadə Faysal ibn Fərhan Əl-Səud sentyabrın 21-də Pakistan və Hindistan arasındakı gərginliyi azaltmaq üçün vasitəçilik etməyi təklif edib. Bu xəbər Hindistan mətbuat nümayəndələrinə verdiyi müsahibədə açıqlanıb.
Nazir Səudiyyə Ərəbistanının "Pakistan və Hindistanın Kəşmir məsələsi də daxil olmaqla bütün mübahisələrini dialoq yolu ilə həll etmələrini" istədiyini və bu ölkələr arasındakı danışıqlar üçün Səudiyyə Ərəbistanının "vasitəşilik" təklif etdiyini söyləyib.
Nazir Kəşmir məsələsinin "bu problemin həmişəlik yox olacağı şəkildə həll edilməli olduğunu" vurğulayıb.
Ülviyyə,
Hurriyyet.az