“Səudiyyə Ərəbistanı İsrailin qarşısında şərt qoyub”

2023-03-10 11:56:00

“Səudiyyə Ərəbistanı İsrailin qarşısında şərt qoyub”

ABŞ mətbuatı belə yazır

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, “Wall Street Journal” nəşrinin iddiasına görə Səudiyyə Ərəbistanı İsraili bir dövlət kimi tanımaq qarşılığında bir sıra şərtlərin yerinə yetirilməsini tələb edib. Səudiyyə dövləti İsraildən nüvə proqramını reallaşdırmaq məsələsində yardım etməsini, eyni zamanda ABŞ-dan ölkənin təhlükəsizliyinə təminat verilməsini tələb edir.

Qəzetin öz mənbələrinə istinadla yazdığına görə, Ər Riyad Tel Əvivlə diplomatik əlaqələr qurmaqla bağlı İsrail və ABŞ ilə üçtərəfli danışıqlar aparır. İddiaya görə, Səudiyyə Ərəbistanın əsas şərti – atom energetikası proqramının inkişafında kömək almaq, o cümlədən, uranın zənginləşdirilməsi texnologiyasının öyrədilməsidir. Səudiyyə hökuməti Birləşmiş Ştatların onun təhlükəsizliyinə təminat verməsini də istəyir. İranın nüvə proqramını reallaşdırması iddialarına görə, İsrail ilə ABŞ-ın ona qarşı münasibətinin kəskin şəkildə pisləşməsi fonunda Tel Əvivlə Ər Riyadın münasibətlərinin normallaşması məsələsi xüsusilə aktuallaşıb.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.304472