Saat:01:06
Haqqımızda

Səudiyyə Ərəbistanı Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra Ermənistanla əlaqə yaratmağa razı olub - İlk səfir göndərildi

2024-07-30 15:27:01

Səudiyyə Ərəbistanı Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra Ermənistanla əlaqə yaratmağa razı olub - İlk səfir göndərildi

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Ermənistan Prezidenti Vahaqn Xaçaturyanın qərarı ilə diplomat Karen Qriqoryan Ermənistanın Səudiyyə Ərəbistanındakı ilk səfiri olub. 
Qriqoryan İrəvanın BƏƏ-dəki diplomatik heyətinin başçısıdır və indən belə iki vəzifəni paralel şəkildə yerinə yetirəcək.
Səudiyyə Ərəbistanı Ermənistanın Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmasını ədalətli olaraq, işğalçı siyasət kimi qiymətləndirdiyi üçün uzun illər boyunca İrəvanla əlaqə saxlamayıb. Yalnız Azərbaycan öz suveren əraziləri üzərində tam nəzarət əldə edədən sonra - 2023-cü il noyabrın 25-də iki ölkə arasına diplomatik münasibətlər qurulması barəsində sənəd imzalanıb. 
Ermənistan XİN rəhbəri Ararat Mirzoyan münasibətlər qurulandan sonra ilk dəfə bu ilin aprel ayında Səudiyyə Ərəbistanı krallığına ikigünlük səfər edib, kral Feysal Ben Fərhan Əl Səud başda olmaqla ölkənin bir sıra rəsmi şəxsləri ilə görüşüb.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.190553