Səudiyyə Ərəbistanı Avropaya elektrik verəcək? Yunanıstanla qlobal layihələr imzalandı

2022-07-27 08:30:00

Səudiyyə Ərəbistanı Avropaya elektrik verəcək? Yunanıstanla qlobal layihələr imzalandı

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman Nazirlər Kabinetinin üzvlərindən ibarət bir heyət ilə dünən Yunanıstana səfər edib. Şahzadə Yunanıstanın Baş naziri Kiryakos Miçotakis ilə görüşüb, yaşıl enerji sahəsində əməkdaşlıq, Səudiyyə Ərəbistanının Yunanıstan vasitəsi ilə Avropaya elektrik verməsi imkanlarını müzakirə edib. İki ölkə arasında Yüksək Səviyəli Strateji Əməkdaşlıq müqaviləsi imzalanıb, enerji, müdafiə, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya sahələrində əməkdaşlığı nəzərdə tutan razılaşmalar əldə olunub.

Səfər çərçivəsində iki ölkənin müvafiq təmsilçiləri Avropa ilə Asiya arasında məlumat ötürülməsini Səudiyyə Ərəbistanı ilə Yunanıstan vasitəsi ilə təmin eləmək üçün reallaşdırılması nəzərdə tutulan “Şərqdən Aralıq dənizinə Məlumat Dəhlizi” (East to Med data Corridor) layihəsini də imzalayıblar.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061814