Səttar Mehbalıyev: "Fərid ailəmizin 5-ci şəhididir" - VİDEO

2022-09-15 21:20:00

Səttar Mehbalıyev:

"Fərid vətən, torpaqlarımız uğrunda şəhid olub. O, bizim ailəmizdən 5-ci şəhiddir".

Bu sözləri Milli Məclisin deputatı Səttar Mehbalıyev əmisi nəvəsi şəhid Fərid Kamaləddin oğlu Mehbalı haqqında danışarkən deyib:

"Fərid Vətən, torpaqlarımız uğrunda şəhid olub. O, bizim ailəmizdən 5-ci şəhiddir. Fərid 44 günlük Vətən müharibəsində də qardaşı ilə birlikdə iştirak edib. Yenidən döyüşə getdi və şəhid oldu. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Bütün şəhidlərimiz bizim qardaşımız, namusumuz, qeyrətimizdir".

Qeyd edək ki, Fərid Möhbalı 1994-cü ildə Naxçıvanın Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. O, İkinci Fəxri Xiyabanda dəfn olunub.

 

Mətbuat.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.064339