Səsli-küylü toyu olan şəxs BU MƏŞHURUN YAXIN QOHUMU ÇIXDI – FOTO

2022-11-17 21:49:00

Səsli-küylü toyu olan şəxs BU MƏŞHURUN YAXIN QOHUMU ÇIXDI – FOTO

İki gün əvvəl Bakının ən bahalı məkanlarından birində toyu olan “Yeni Ulduz-11” müsabiqəsindən yaxşı tanınan gənc müğənni Anar Məmmədovun toyunun səs-sorağı hələ də gəlməkdə davam edir.

Toy görüntülərində az qala hər kadrda gənc müğənninin yanında məşhur gitara ustası Rəhman Məmmədlini görmək mümkün olduğundan, bu tandem haqlı suallara səbəb olmağa başladı.

Hurriyyet.Az bildirir ki, Milli.Az toydakı fəallığını nəzərə alıb, məşhur musiqiçinin Anarla hər hansı bir qohumluq əlaqəsinin olub olmadığını öyrənmək üçün gənc müğənninin özü ilə əlaqə saxlayıb.

Məlum olub ki, Rəhman Məmmədli Anarın doğma əmisidir.

Qeyd edək ki, 10 il əvvəl (2012-ci ildə) Milli.Az-a müsahibə verən Anar, ona ünvanlanan “Gələcəkdə ailə qursanız sənətdə olan xanımlardan seçərdiniz, yoxsa sənətdən tamam uzaq bir insanla ailə həyatı qurardınız?” sualına “Həyatdır, hər şey ola bilər. Bəlkə sənətdən, bəlkə də tam başqa bir sahədən. İnşallah, zaman göstərəcək”, – cavabı ilə yadda qalmışdı.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.164979