“Səsləndirilən iddialar həqiqətə uyğun deyil və böhtan xarakterlidir...” – DİN-dən “Hürriyyət”in yazısına REAKSİYA

2022-12-27 10:50:00

 “Səsləndirilən iddialar həqiqətə uyğun deyil və böhtan xarakterlidir...” – DİN-dən “Hürriyyət”in yazısına REAKSİYA

“Hürriyyət” qəzetində dərc olunanPOLİS RƏİSİNİN “ƏRKÖYÜN” QARDAŞININ ŞOK ƏMƏLLƏRİ - Yusif Məmmədov qaynar suyu mayorun üstünə atdı ki…” sərlövhəli yazıta Daxili İşlər Nazirliyi (DİN) tərəfindən reaksiya verilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Hurriyyet.az-a bildirib ki, qeyd olunan iddialar əsassızdır:

“Hürriyyət.az saytının 24.12.2022 ci il tarixli dərc olunan yazıya açıqlama gətirərək bildirirəm ki, Yusif Məmmədov və onun qardaşı Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin rəisi haqqında səsləndirilən iddialar həqiqətə uyğun deyil və böhtan xarakterlidir. Belə ki, yazıda Y. Məmmədovun iş yoldaşına qaynar su tökərək xəsarət yetirməsi barədə nə ərazi üzrə xəstəxanlara, nə də polis orqanlarına məlumat daxil olmayıb.

Əlavə olaraq bildirmək istəyirəm ki, yazıda bildirilən rütbə məsələsi də şəxsin və ya şəxslərin nüfuzuna xələl gətirmək üçün qeyd edilib. Belə ki, həmin iddia ilə bağlı həm redaksiyanızın həm də şikayət müəllifinin hər hansı şəkil və ya digər sübutu varsa varsa buyurub aidiyyəti üzrə müraciət edə bilər. Bu gün Y. Məmmədov Bakı Dövlət Universitetinin Hüquq Fakültəsini bitirməsi və onun bir başa hakim təyin edilməsi də bürokratik cəhətdən mümkün deyil və bu bir daha təkrarlayır ki, yazı sırf həm Yusif Məmmədov həm də Xanlar Məmmədovun ictimai nüfuzuna xələl gətirmək üçün atılan bir addımıdır.

Belə ki,Yusif Məmmədov və X .Məmmədov cəmiyyətdə və işlədikləri kollektivdə müsbət xarakterizə olunurlar”.

*** 2022-12-24 13:26:00

POLİS RƏİSİNİN “ƏRKÖYÜN” QARDAŞININ ŞOK ƏMƏLLƏRİ - Yusif Məmmədov qaynar suyu mayorun üstünə atdı ki…

Gəncə Birinci Polis Şöbəsinin rəisi, Nizami rayon Polis İdarəsinin keçmiş rəisi Xanlar Məmmədovun qardaşı Yusif Məmmədov barəsində Hurriyyet.az-ın redaksiyasına şok informasiyalar daxil olub.

Mənbənin sözlərinə görə, hal-hazırda Gəncədə yerləşən məntəqə tipli cəzaçəkmə müəssisəsində nəzarətci işləyən Yusif Məmmədov qardaşına arxalanara, ona verilən əmrləri icra etmir:

“Xidmətdə olanda ona rəis müavini, mayor rütbəli şəxs ona xidmətini icra etmək üçün göstəriş verib, ancaq Yusif kəskin formada həmin göstərişi icra etməyərək, “mən rəis qardaşıyam, mənə hec kəs hec nə edə bilməz” deyib. Deyilənə görə, bu kimi hallar dəfələrlə təkrar olunduğundan, nəhayət həmin şəxs Yusif Məmmədova irad bildirib. Bundan hirslənən rəis qardaşı mətbəxtdən əsəbi halda gətirdiyi qaynar su ilə dolu tefalı mayorun üzərinə atmış, lakin xoşbıxtlikdən qarşısındakı ciddi xəsarət almamışdır.

POLİS RƏİSİNİN “ƏRKÖYÜN” QARDAŞININ ŞOK ƏMƏLLƏRİ - Yusif Məmmədov qaynar suyu mayorun üstünə atdı ki…

Bundan başqa, Yusif Məmmədov nəzarətci “serjant” olmağına baxmayaraq, kapitan rütbəsi taxaraq Gəncədə gəzir. Sürdüyü bahalı maşınla hər yerdə baş zabit olduğunu deyərək, cətinlikdə olan insanlara məhkəmələrdə, polisdə nə iş olursa-olsun həll etdiyini bildirir. Hətta ödənişli əsaslarla ağlına gələn iddia ərizələri, şikayət ərizələri yazır, vətəndaşların etibarından istifadə edir”.

Məlumata əsasən, Y.Məmmədov Bakı Dövlət Universitetinin Hüquq fakultəsində 2-ci ali təhsil alıb: “O, bunu önə cəkərək, hər yerdə utanmadan deyir ki, “mən rəis qardaşıyam, bu yaxınlarda məhkəmə sədri olacam”. Özünü hər kəsə həm “serjant” olduğu iş yerində, həm də Gəncədə toxunulmaz adam kimi təqdim edir. Buna görə də qorxmadan qaynar suyu mayorun üzərinə atıb, hec xidmət yerində belə hec nədən ehtiyat etmir. O, bu gün məmur qardaşı olduğunu önə cəkib hec kimi saymırsa, bunun digər əməllərindən necə danışmaq olar. Bu zabit olsa, özünü general hesab edəcək”.

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.172580