“Səsdən 8 dəfə sürətli” – İran yeni silahını belə tanıtdı

Hurriyyet.az xəbər verir ki, İran “səsdən 8 dəfə sürətli”, 1500 km mənzilə malik yeni raket hazırladığını elan edib. Açıqlamaya görə, bu “hipersəs ballistik raket” hərəkətdə olan dəniz nəqliyyatını məhv edə biləcək gücə malikdir.
“Fars” agentliyinin məlumatına görə, barədə açıqlamanı Tehranda keçirilən tədbir zamanı İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bağıri verib. General raketin sınağının uğurla keçdiyini bildirib. Onun sözlərinə görə, artıq İran bu cür raketə malik üç ölkədən biri olub.
Bağıri bu cür raketin sayəsində ölkə ətrafındakı dəniz sularında min kilometrə qədər radiusda təhlükəsizlik zonası yaradılmasının mümkün olacağını qeyd edib.
Lakin o, raketin sınağının nə zaman və harda keçirildiyi barəsində məlumat verməyib.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya