"Şərurlu İsfəndiyar" qalmaqallı "Flamingo" restoranını Rza Talıbova necə hədiyyə edib? - TƏFƏRRÜAT

2022-12-26 13:58:00

Zorla əllərindən alınaraq Şərurlu İsfəndiyara hədiyyə edilən restoranı Pənahov qardaşları geri ala biləcəkmi? 

Naxçıvan hadisələri ölkənin gündəmini zəbt etməkdə davam edir. Muxtar Respublikadan gələn xəbərlər, Talıbovların fəaliyyəti ilə bağlı yeni məlumatlar müzakirə mövzusu olaraq qalır.

Hurriyyet.az xəbər verir ki, Valyuta.az-a Naxçıvanda baş verməyən, amma Naxçıvanla, daha doğrusu Vasif Talıbovun oğlu Rza Talıbovun biznesi ilə bağlı daha bir xəbər daxil olub. 

Bu dəfə mövzu uzun müddət adı müxtəlif qalmaqallarla hallanan "Flamingo" restoranıdır. Söhbət restoranın əsl sahiblərindən - "Laba" ləqəbi ilə tanınan Sədərək Gömrük Komitəsinin keçmiş rəhbəri Mübariz Pənahov və onun qardaşı Səfər Pənahovun əlindən zorla necə alınmasından gedir.

Mənbəmiz bildirir ki, Mübariz Pənahov və Vasif Talıbov arasında münasibətlərin gərginləşməsinin əsl səbəbkarı "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundov olub. "Laba" Sədərək Gömrük Məntəqəsində "Şərurlu İsfəndiyar"ı sıxışdırdığı və maşınlarının gömrükdən keçməsini qadağan etdiyi vaxt, sonuncu bunun qisasını almaq üçün fürsət axtarır. Nəticədə "Laba"nın yanındakı etibarlı adamlardan birini pulla ələ alır. Və həmin adam İsfəndiyara məlumat sızdırır. 

Bir müddət sonra "Flamingo" restoranında iki qardaş arasında elə bir söhbət olur ki, bu söhbət hər iki qardaşın gələcək taleyinə təsir edir. Səfər Pənahovun Vasif Talıbov və qardaşı Məhərrəm Talıbov haqqında Mübariz Pənahovla etdiyi söhbətin səsyazısı "Şərurlu İsfəndiyar"a təqdim edilir. Həmin söhbət zamanı Səfər Pənahov Məhərrəm və Vasif Talıbovları ağır söyüşlərlə təhqir edir. 

"Şərurlu İsfəndiyar" səs yazısını Vasif Talıbovun stolunun üstünə qoyur. Nəticədə "Laba" və Vasif Talıbov arasındakı düşmənçiliyin də əsası qoyulur. Bundan sonra Səfər Pənahov heç bir günahı olmadan həbs olunur. Mübariz Pənahov isə vəzifəsindən çıxarılır. 

"Flamingo" restoran bir qəpik ödənilmədən qardaşların əlindən alınır və xidmətləri müqabilində "Şərurlu İsfəndiyara" hədiyyə edilir. "Şərurlu İsfəndiyar" isə Sədərək Gömrüyündəki maşınlarının daha bol qazanc gətirməsi naminə böyük addım atır. O, "Flamingo" restoranını Rza Talıbova hədiyyə edir. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000085