Saat:11:23
Haqqımızda

Şərur sakini torpağının qanunsuz yollarla ələ keçirilməsinə cəhd olunduğunu iddia edir - ŞİKAYƏT

2024-03-01 15:31:21

Şərur sakini torpağının qanunsuz yollarla ələ keçirilməsinə cəhd olunduğunu iddia edir - ŞİKAYƏT

Naxçıvan şəhəri, Şərur rayon sakini Pənahov Əhməd Məhəmməd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, ona məxsus torpaq sahəsini qanunsuz olaraq almaq istəyirlər:
“Mən, Pənahov Əhməd Məhəmməd oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

1981-ci il, yanvar ayının 2-də Şərur rayonu, Xok kəndində anadan olmuşam. Atam və anam ayrıldıqdan  sonra, anam 1988-ci ildə Ermənistanın Əzizbəyov rayonu, Gomur kəndinə qayıdıb, qaçqın və məcburi köçkün kimi yaşamışıq. Bir müddət dayımgildə məskunlaşmışıq. 2000-ci ildə kəndçimiz Məmmədov Fəxrətdin Heydər oğlu ilə qaynatam Qurbanov Fərman hal-hazırda yaşadığım evi, yəni 0.13 hektar ev sahəsini və 0.40 hektar torpaq sahəsini 1500 dollara razılaşıblar. Razılaşma yolu ilə və 6 nəfərin şahidliyi ilə Fəxrətdin Məmmədova qaynatam Qurbanov Fərman və qardaşı Teymur əmi müddət qoyulmasını tələb edir. Məmmədov Fəxrəddin isə "müddətsiz verirəm" yazıb.

Ev həddindən artıq köhnə olub, tövləsi və evin ön hissəsi uçurdu. Evin bəzi yerlərini qohumum Məhəbbətlə yeniləmişik. Məmmədov Fəxrəddin Bakıya köçərkən 0.40 hektar sahənin şəhadətnaməsini verib, amma 0.13 hektarın sənədini hələ verməyib. Torpaq Komitəsinə dəfələrlə müraciət etsəm də, "torpağın mülkiyyəti sənin deyil" deyirlər.

2010-cu ildə Şahbuz rayon məhkəməsinə müraciət etdim. Bildirdim ki, qətnamə çıxarılmasını istəyirəm, mülkiyyət hüququm olsun ki, şikayətlərimə baxılsın. 2010-cu il may ayının 25-də Şahbuz məhkəməsi Allahverdi Bağırov Məmmədov Fəxrəddinə zəng vurub bildirdi ki, Pənahov Əhməd qətnamə çıxarmaq istəyir. O, işi ilə bağlı məhkəmədə iştirak edə bilməyəcəyini dedi və məsləhət görüldü ki, məhkəməyə razılıq teleqramı göndərsin.

2010-cu il, may ayının 26-da mənim adıma qətnamə çıxarıldı. İşim Türkiyədə olduğundan, sənədləşmə işləri yarımcıq qaldı. 2023-cü ildə sənədləşmə üçün Torpaq Komitəsinə getdim və sənədimi almaq istəyərkən bildirdilər ki, sənin yerin əksikdir. Şahbuz rayon məhkəməsindən isə bildirdilər ki, rüsümü ödə, ödədim. Təxminən 20-30 gün sonra məhkəmədən evə kağız gəldi və bildirildi ki, evi aldığım adam məni məhkəməyə verib.

Ciddi səbəblər olduğu üçün məhkəməyə gecikdim, yəni çata bilmədim. Məhkəmədə Daşqın Səfərlə görüşdüm, mənə dedi ki, sənədlərini yığ, Ali Məhkəməyə meraciət et. Hakim mənə deyir ki, Ali Məhkəmədə sənədlərini göstərərsən. 13 illik qətnaməni hakim heç yoxmuş kimi saydı.

Bir neçə ay keçəndən sonra Ali Məhkəmədə Oruc müəllimlə görüşdüm və ona hər şeyi danışdım. Oruc müəllim bildirdi ki, Ali məhkəmə onların təklifini rədd edib, səninkini qüvvədə saxlayıb, get gözlə, sənədlərin göndəriləcək. "Daha sonra sənədləşməni edərsən" dedi. Bu da yalan oldu.

16 fevral 2024-cü ildə məhkəmə oldu. Mənə qulaq asan, sənədlərimə baxan olmadı. Torpağın satışını, şahidləri heç cür sübut edə bilmədim. 

Naxçıvan Mərkəzi Poçtundan Fuad müəllimə telegrama vurmuşam. Şahbuz rayon Torpaq Komitəsindən maraqlansalar, mülkiyyətin Məmmədov Fəxrətdinnin, yoxsa Pənahov Əhmədin adına olduğunu deyərlər. Hakimin dəyişdirilməsi üçün də xahiş edəcəm, çünki arada tərəfkeşlik olduğunu görürəm".

Məsələ ilə bağlı Şərur rayon Torpaq Komitəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Jalə FAMİLQIZI

Redaksiyadan:Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.202922