Saat:05:48
Haqqımızda

Sertifikasiyadan keçən müəllimlərin maaşı ilə bağlı - Rəsmi açıqlama

2023-02-01 17:39:00

Sertifikasiyadan keçən müəllimlərin maaşı ilə bağlı - Rəsmi açıqlama

Bakı şəhərində çalışan və sertifikasiyadan keçən ibtidai sinif müəllimlərinin əməkhaqqının əvvəlki aylarla müqayisədə azaldığı haqda məlumat yayılıb.  ​

Hurriyyet.az Modern.az-a istinadən xəbər verir ki, həmin məlumata görə, təhsil işçiləri sertifikasiyadan keçən ibtidai sinif müəllimlərinin əməkhaqqına 1 sentyabr 2022-ci il tarixindən hesablanan artımların kəsildiyini bu gün biliblər: “Bunun səbəbi ilə maraqlanan müəllimlərə mühasibatlıqdan şifahi olaraq bildirilib ki, sertifikasiya üzrə artımlar ayrıca olaraq hesablara köçürüləcək. Yəni müəllimlər maaşı və sertifikasiyaya görə artımı ayrı-ayrılıqda alacaqlar”.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”nun müraciətinə belə cavab verildi: “Müəllimlərin əməkhaqqında heç bir dəyişiklik olmayıb. İlin əvvəli elektron sistemdə müvafiq məlumatların emalı prosesi ilə bağlı fevralın 3-dək müəllimlərin əməkhaqqı məbləği tam olaraq ödəniləcək”.

Xatırladaq ki, 2022-ci ilin yayında təhsilverənlərin sertifikasiyası prosesinə başlanılıb. Elm və Təhsil Nazirliyi tərəfindən ilkin mərhələdə ibtidai sinif müəllimləri sertifikatlaşdırılma prosesinə cəlb olunub. 8 mindən çox təhsilverən sertifikasiya prosesindən keçib. Prosesin test imtahanı mərhələsində 50-dən yuxarı bal toplayan müəllimlərin əməkhaqqına 35 faiz, digər müəllimlərin əməkhaqqına isə 10 faiz əlavələr tətbiq olunub.

Sertifikasiyadan keçən müəllimlər sentyabr, oktyabr, noyabr və dekabr aylarına görə artımı maaşla birgə almışdılar.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR