Şərqi Azərbaycanda -27 dərəcə şaxta var!

2023-01-11 19:02:00

Şərqi Azərbaycanda -27 dərəcə şaxta var!

İdarə və müəssisələr, aeroport işləmir

Hurriyyet.az xəbər verir ki, İranın mərkəzi və şimal rayonlarında güclü soyuqlar var və qar yağıb. “Fars” agentliyinin məlumatına görə, Şərqi Azərbaycan vilayətindəki Sərab şəhərində mənfi 27 dərəcə Selsi temperatur qeydə alınıb. Zəncan vilayətinin eyniadlı inzibati mərkəzində temperatur mənfi 12 dərəcə olub.

Paytaxt Tehran şəhərində qış başlanandan bəri ən soyuq günlər müşahidə edilib.

Şaxtalar səbəbindən Loresran vilayətində dövlət müəssisələri bağlanıb. Gilan vilayətində bütün ofislərdə və banklarda işlər dayandırılıb. Məşhəd aeroportunda 57 uçuş ləğv edilib, hava limanının fəaliyyəti hələ bərpa edilməyib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.150871