Saat:10:52
Haqqımızda

"Sərhədlərin qapadılması Putini yolundan çəkindirməyəcək" - ELXAN ŞAHİNOĞLU

2022-08-17 11:42:00

"Rusiya-Ukrayna müharibəsi tərəflərdən birinin resurslarının tükənməsinə qədər davam edəcək"

"Ukrayna prezidenti Vladimir Zelenski “Vaşinqton Post”a müsahibəsində deyib ki, sərhədləri ruslar üçün bir il müddətinə bağlamaq Rusiyaya ən önəmli sanksiya ola bilər: “Bu, Putinə təsir etməyin yeganə yoludur. Əhalisi onun qərarlarına təzyiq edəndə nəticə olacaq və müharibə bitəcək. Bunlar başa düşüləndir, çox sadədir. Söhbət puldan, qazdan, borudan, o cümlədən qışda almanların istiliyinin olmamasından getmir. Sadəcə bağlayın sərhədi və nəticəni görəcəksiniz”. Fikrimcə, sərhədlərin qapadılması da Putini yolundan çəkindirməyəcək, həm də axı bütün ölkələr Rusiya vətəndaşları üçün sərhədlər qapatmayacaq". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq hesab edir ki, ABŞ və Avropa ölkələrinin tamamı Rusiya vətəndaşları üçün sərhədləri qapatsa belə, ruslar yayda Türkiyəyə, Misirə, Dubaya, Çin və digər Asiya ölkələrdəki turizm məkanlarına gedəcəklər: "Əlbəttə, Avropa ölkələrinin qapılarının bağlanması yüksək gəliri olan ruslar üçün zərbə olacaq. Ancaq onlar bu məyusluqlarına görə Putinə təzyiq edib Ukraynaya qarşı işğalçı müharibəni dayandaracaq qədər Kreml sahibinə müqavimət göstərməyəcəklər. Rusiya-Ukrayna müharibəsi tərəflərdən birinin resurslarının tükənməsinə qədər davam edəcək. Ancaq bu amil Putini qərar verməyə məcbur edəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR