Saat:13:21
Haqqımızda

Sərhədlərin dəqiqləşdirilməsinə mane olanlar həbs edilir - Erməni polisi məlumat yaydı

2024-04-29 17:56:01

Sərhədlərin dəqiqləşdirilməsinə mane olanlar həbs edilir - Erməni polisi məlumat yaydı

Ermənistanda Tavuşda sərhədin delimitasiyasına qarşı etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarında Armavir-Gümrü dövlətlərarası yolu bağlanıb.

Hurriyyet.az xəbər verir ki, Rusiyayönlü müxalifətin “Ermənistan” fraksiyasının üzvü Qeqam Manukyan da orada olub. Armavir vilayət polis idarəsinin rəisi, polkovnik-leytenant Ovannes Aristakesyan aksiya yerinə gələrək yolun açılmasını tələb edib.

Saat 11:30-a olan məlumata görə, polis bütün yolların açıq olduğunu bildirib.

Tavuşda sərhədin demarkasiyası prosesi bir həftədən çoxdur ki, həm yerli, həm də Ermənistanın digər bölgələrində, o cümlədən İrəvanda etirazlarla müşayiət olunur.

Bundan əvvəl İstintaq Komitəsi bu gün etiraz aksiyalarının iştirakçılarından həbs olunanlar barədə məlumat yayıb. 21 apreldə Ermənistan-Gürcüstan dövlətlərarası yolunun bağlanması işi üzrə xuliqanlıqda təqsirləndirilən 4 nəfərdən üçü artıq həbs edilib. Əvvəlcə “Döyüş Qardaşlığı” təşkilatının üzvü Arman Petrosyanın həbsi ilə bağlı məlumat yayılmışdı, bu gün isə İstintaq Komitəsi daha 2 nəfərin həbs edildiyini açıqlayıb.

Deputat Qeqam Manukyanın sözlərinə görə, onların arasında ehtiyatda olan ordu polkovniki Mihran Maxsudyanın oğlu Vaaqn Maxsudyan da var.

Cinayət işi həmin gün “Vaz” markalı avtomobilin ön şüşəsinin sındırlması və təkərlərinin zədələnməsi hadisəsinə görə açılıb.

Mihran Maxsudyan aprelin 23-də Baqrataşen yaxınlığında magistral yolu bağlayan etirazçılarla polis arasında toqquşma zamanı saxlanılıb.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.176775