Saat:14:03
Haqqımızda

"Sərhədlərə taktiki nüvə silahı yerləşdirəcəyik" - Rusiyadan NATO üzvü olmaq istəyən ölkələrə yeni TƏHDİD

2022-05-16 11:56:00

Finlandiyanın NATO ilə bağlı son açıqlaması Moskvada səs-küyə səbəb olub.

Hurriyyet.az-ın məlumatına görə, Rusiya dövlət televiziyası bildirib ki, Moskva ölkənin Finlandiya və İsveçlə Avropa sərhədlərinə taktiki nüvə silahı yerləşdirə bilər. 

"Rossiya One" kanalının şərhçisi, "İsveç və Finlandiyanın rəsmi qərarı qorxuya görədir. Lakin onlar NATO daxilində olanda daha çox qorxacaqlar. Bu ölkələrin NATO bazaları nə vaxt peyda olsa, Rusiyanın onu zərərsizləşdirməkdən başqa yolu qalmır”, - deyə söyləyib.

Kanal, həmçinin mövzu ilə əlaqəli xəritə də yayımlayıb. "Rossiya One”nın dərc etdiyi xəritə də göstərir ki, Finlandiya alyansa qoşulan kimi Rusiyanın hazırkı NATO üzvləri ilə quru sərhədi ikiqat artacaq.

Qeyd edək ki, dünən Finlandiya prezidenti Sauli Niinisto və baş nazir Sanna Marin Helsinki administrasiyasının NATO-ya üzvlük üçün müraciət edəcəyini rəsmən bəyan ediblər.  Baş nazir Marin parlamentin qətnaməni bir neçə gün ərzində təsdiq edəcəyinə ümid etdiyini bildirib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR