Sərhədlər bəlli deyilsə, sülh müqaviləsi necə imzalana bilər? - Rusiyalı eskpert

2022-09-05 15:18:00

Sərhədlər bəlli deyilsə, sülh müqaviləsi necə imzalana bilər? - Rusiyalı eskpert

“Avropa İttifaqı Qarabağ nizamlanması ilə bağlı təşəbbüsü Rusiyadan almağa çalışır”.

Hurriyyet.az bildirir ki, bunu Ermənistan mediasına müsahibəsində Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəxlaq Münasibətlər İnstitunun postsovet araşdırmaları mərkəzinin baş elmi işçisi, tarix elmləri namizədi Stanislav Pritçin deyib.

“Avropa İttifaqı indiki şəraitdə təşəbbüsü Rusiyanın əlindən almağa çalışır. Ancaq aydındır ki, münaqişə dövründə Avropa İttifaqı nə nizamlanma prosesində, nə də danışıqlarda heç bir şəkildə iştirak etmirdi, nə institusional imkanalar, nə də münaqişə barədə anlayış yox idi", - deyə ekspert bildirib.

Avropa İttifaqı, Azərbaycan və Ermənistan dövlət başçılarının Brüsseldə keçirilən son üçtərəfli görüşünün nəticələrini şərh edən S.Pritçin deyib ki, 9 noyabr 2020-ci ildə imzalanan atəşkəs bəyanatı çərçivəsində nizamlanmanın konturları müəyyən edilib və onların mərhələli şəkildə həyata keçirilməsinə başlanılıb. Məhz bundan sonra Avropa İttifaqı işə qarışıb:

“Avropa İttifaqı Rusiyanın vasitəçi kimi qoyduğu konturlardan istifadə edərək, təşəbbüsü ələ keçirməyə və bir sıra məsələləri həll etməyə çalışır”.

S.Pritçin bildirib ki, Azərbaycan və Ermənistanın Brüssel formatından özləri üçün daha sərfəli imkanlar qazanacaqlarına dair gözləntiləri var və bu, Avropa İttifaqının əlinə işləyir:

“Ona görə də belə çıxır ki, delimitasiya Rusiyanın vasitəçiliyi ilə həyata keçirilir (baxmayaraq ki, delimitasiya komissiyasının növbəti iclası da Brüsseldə keçiriləcək), sülh müqaviləsi və nizamlanmanın konturları isə Brüsseldə müzakirə olunur”.

Rusiyalı politoloq vurğulayıb ki, Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün Moskvada keçirilməsinin mümkün olub-olmadığını söyləmək hələlik çətindir. Politoloq xatırladıb ki, Brüsseldə keçirilən əvvəlki görüşlər bu və ya digər dərəcədə ya Vladimir Putinlə görüşlə, ya da başqa formatda görüşlərlə müşayiət olunub.

“Biz görürük ki, prinsipcə, Brüsseldəki görüş heç də əvvəlcədən bəyan olunduğu kimi məhsuldar olmayıb. Ona görə də biz burada situasiyanı və Avropa İttifaqının danışıqların dinamikasını nə dərəcədə təmin edə biləcəyini izləyəcəyik. Çünki hazırkı razılaşmalar çərçivəsində ciddi dinamika yoxdur”, - deyə Pritçin bildirib.

Politoloq həmçinin qeyd edib ki, Rusiya hazırda vasitəçi və mediatordur, məhz onun vasitəçiliyi sayəsində münaqişənin qaynar mərhələsi dayandırılıb:

“Əlbəttə, belə şəraitdə başqa vasitəçi ilə hərəkət etmək və əsas vasitəçinin uğurlarını ona ötürmək tamamilə səhv addımdır”, - deyə ekspert bildirib.

Sülh sazişinin tezliklə bağlanmasının mümkünlüyü ilə bağlı sualı cavablandıran Pritçin deyib ki, keçirilən hər görüşdən əvvəl ciddi razılaşmaların olacağı anons edilirdi və bu baxımdan sonuncu Brüssel görüşü də istisna olmadı:

"Burada biz gördük ki, sülh müqaviləsinin hazırlanması üçün demək olar, müddətlərin müəyyən ediləcəyindən və buna uyğun olaraq, az qala ilkin protokolun, nümunə layihəsinin imzalanacağından söhbət gedirdi. Amma yekun nəticə göstərdi ki, hər şey bu qədər sadə deyil və mənə elə gəlir ki Avropa İttifaqında bəzən problemin mürəkkəbliyini tam dərk etmirlər”.

O vurğulayıb ki, istənilən sülh müqaviləsi hərtərəfli sənəddir. Ekspertin fikrincə, ilkin olaraq belə bir müqaviləyə delimitasiya məsələsi daxil edilməli idi: “Əgər sərhəd yoxdursa, dövlətlər arasındakı sərhədin haradan keçdiyi bəlli deyilsə, hansı sülh müqaviləsi ola bilər? Lakin delimitasiya komissiyasının ayrıca, sülh müqaviləsi ilə bağlı komissiyadan ayrıca işləməsi qərara alınıb".

Bakupost.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.054784