Sərhəddə İNSİDENT: Biri hərbçiyə bıçaq çəkdi, digəri avtomobili üzərinə sürdü - FOTO

2022-04-23 10:13:00

Sərhəddə İNSİDENT: Biri hərbçiyə bıçaq çəkdi, digəri avtomobili üzərinə sürdü - FOTO

Astarada sərhədçilər üç nəfəri narkotiklə yaxalayıblar. Bu zaman onlar sərhədçilərlə silah və avtomobillə müqavimət göstərməyə cəhd ediblər. 

Hurriyyet.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilir. 

Məlumata görə, aprel ayının 21-də saat 22:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara şəhəri ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Xəzər dənizinin sahilində “Opel Astra” markalı 99-RJ-503 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması və içərisindən iki nəfərin düşərək sahibsiz yarımtikilidən bir ədəd bağlama götürməsi sərhəd naryadının diqqətini cəlb edib.

Ərazidən uzaqlaşmağa cəhd edən şəxslər sərhəd naryadı tərəfindən saxlanılıb, onların Bakı şəhər sakinləri, 1994-cü il təvəllüdlü Albabayev Ramal İsrail oğlu və Bəxtiyarov Hüseyn Əlixan oğlu olmaları müəyyən­ləşdiril­ib.

Saxlanılma zamanı R.Albabayevin sərhədçilərə bıçaqla müqavimət göstər­məsinə baxmayaraq sərhədçi zabitlər peşəkarlıq nümayiş etdirərək cinayətkarı tərksilah etməyə nail olublar.    

Nəqliyyat vasitəsini sərhədçilərin üzərinə sürərək hadisə yerindən uzaqlaş­mağa cəhd göstərən avtomobilin sürücüsü həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Onun Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü İbrahimov Sultan Qabil oğlu olması müəyyən edilib.

 

Saxlanılmış şəxslərin üzərlərində aşkarlanmış bağlamaya baxış zamanı üç bükümdən 7 kiloqram 755 qram “marixuana”ya bənzər narkotik vasitə götürül­müşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya