Saat:05:29
Haqqımızda

Sərhəddə atəş səsləri kəsilib: tufanqabağı sakitlik, yoxsa...

2021-12-07 10:07:00

Sərhəddə atəş səsləri kəsilib: tufanqabağı sakitlik, yoxsa...

Ermənistanın qeyri-konstruktiv davranışları sülh müqaviləsinin imzalanmasını əngəlləyir, “status-kvo”nun saxlanmasını şərtləndirir; nə etməli? - ekspertlər deyir ki...

Son günlər Azərbaycan-Ermənistan sərhədində sakitlik hökm sürür. Noyabrın 16-dan sonra ara-sıra insident olsa da, ciddi qarşıdurma yoxdur. Tərəflər, daha doğrusu, Ermənistan atəşkəsə əməl edir. Lakin Ermənistana güvənmək, inanmaq mümkün deyil, 30 illik münaqişə dövründə bunu dəfələrlə görmüşük, gərginlikləri yaşamışıq. Bu mənada hazırkı vəziyyət “tufanqabağı sakitlik” də ola bilər, necə ki, dəfələrlə eyni situasiya baş verib.

Ekspertlər də hesab edirlər ki, Ermənistan müharibədən sonrakı zəifləmiş, əzilmiş və məğlub durumu ilə barışmaq istəmir. Müxtəlif manevrlər etməklə rəsmi İrəvan Böyük Sülh Sazişinə əlini, mövqeyini gücləndirərək oturmaq istəyir. Bu məsələdə onun “ağıl hocaları”nın olması da kimsəyə sirr deyil. Əks təqdirdə, Ermənistanın hünəri nədir Azərbaycanın qarşısında söz desin? Bir sıra müşahidəçilər bu fikirdədir ki, Qarabağ probleminin Azərbaycan-Rusiya-Türkiyə üçlüyü arasında öz həllini tapması, bu istiqamətdə son 15 ayda ciddi gəlişmələrin olması Qərbi rahatsız edir. Ona görə də Ermənistanı vaxtaşırı qızışdırıb sülhdən yayındırmaq yolu tuturlar.

Azerbaycan ateşkesle neler kazandı bu yararına mı? Abdullah Ağar statüye  dikkat çekti - Internet Haber

Abdullah Ağar 

Bu haqda Türkiyənin təhlükəsizlik ekspert, ehtiyatda olan polkovnik Abdullah Ağar da son açıqlamalarının birində bildirib. Onun fikrincə, Azərbaycan Ermənistanın götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün gücünü göstərməlidir: “44 günlük müharibədən Ermənistanın çox ağır yaraları var və digər bir yandan da çox böyük güvənsizlik yaradan addımlar atmaqla məşğuldur. İmza atdığı üçtərəfli bəyanatlarla davranışları bir-birindən çox fərqlənir. Bütün bunların hamısı başa düşülə biləcək məsələlərdir, yəni hamısı olması mümkün proseslərdir. Onsuz da Azərbaycan da bu gerçəyi bildiyi üçün qarşıdakı dövrü öz gücünə arxalanaraq həll etmək mərhələsindədir. Azərbaycan bir yolla Ermənistanı diqtə etdiyi kimi davranmağa vadar etməyə doğru gedir”.

A.Ağar Milli.az-a bildirib ki, rəsmi Bakı güc amilləri hesab edilən vasitələrdən yararlanaraq, diplomatik kanallardan istifadə edərək, Ermənistanın çarəsizliyini hər kəsə göstərərək və açığı, Ermənistanın oynadığı oyunları bilərək və qabaqlayıcı tədbirlər görərək, hansı güclərə arxalandığını, kimləri prosesə qoşmağa çalışdığını bilərək öz oyununu qurmaq, eləcə də Ermənistana öz oyununu qəbul etdirmək məcburiyyətindədir: “Yoxsa Ermənistan öz iradəsi ilə və ya onu istiqamətləndirən güclərin ümidinə qaldığı təqdirdə üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınacaq, Azərbaycanın istədiyi kimi hərəkət etməyəcək”.

Göründüyü kimi, Azərbaycanda olduğu kimi, qardaş Türkiyədə də hesab edirlər ki, Ermənistanın “naz”ı ilə çox oynamaq lazım gəlməyəcək, zatən 30 illik işğal dönəmi səbrimizi daşırıb. Hətta rusiyalı bir sıra ekspertlər də rəsmi İrəvanın ağıllı davranmalı olduğunu, əks təqdirdə, növbəti savaşın qaçılmaz hala çevriləcəyini açıq şəkildə söyləyirlər. 

Bəs biz nə vaxta kimi bu vəziyyətdə gözləyəcəyik? Münaqişənin tam, birmənalı həll edilməsi və sərhəddəki əsgərin, zabitin, mülki əhalinin həyatının güvəndə olması, erməni namərdliyinə qurban getməməsi üçün nələr etməli, hansı təsirli tədbirlər görməliyik? Sülhün dönməz olması, Qarabağda müharibənin qızışmaması, Güney Qafqazda separatizmin yox olması üçün nə qədər məsafə qət etməli, hansı tədbirlər görülməlidir? Bəzi dövlətlərin əlini, qızışdırıcı siyasətini bu bölgədən necə kəsə bilərik?

63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ -  Modern.Az Azərbaycan və dünya xəbərləri

 Qafar Çaxmaqlı 

İrəvan Türk Cümhuriyyətinin başqanı, professor Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın son zamanlar atəşkəsi pozmaması düşündürücüdür: “Atəşkəs əslində müəyyən məqsədlər üçün istifadə edilir, bunda maraqlı olan Rusiyadır. Demək belə qənaətə gəlmək olur ki, Ermənistanın müəyyən hədəfləri var. Danışıqların hansı səviyyədə aparılmasından asılı olmayaraq, Ermənistan masanın arxasında deyil, Köçəryanın təbirincə desək, masanın üstündə olacaq. Ermənistanın razılaşma və sazişlərə hazır olmadığı görünür, amma onu buna məcbur edəcək siyasi və hərbi həmlələr edilməlidir”. Q.Çaxmaqlı bəzilərindən fərqli olaraq, hesab edir ki, vaxt bizim xeyrimizə işləmir: “Vaxt uzandıqca, məsələlərə başqa güclərin müdaxilə imkanları artır, bəzi ölkələr Ermənistanı müdafiə edəcəkləri ilə bağlı bəyanat verirlər. Məsələn, Kanada. Başqa ölkələrin də buna qoşulacağı istisna deyil. Ermənistanla Türkiyə və Azərbaycan arasında problemlərin üzərinə biz getməliyik və müdaxilə imkanlarını azaltmalıyıq. Düşmənin nəfəs alıb, toparlanmasına imkan verməməliyik. Azərbaycanı zəiflətmək üçün tədbirlərin görülməsinə, separatizmin tüğyan eləməsinə imkan vermək olmaz. Azərbaycan Xankəndi və digər ərazilərdə suverenliyini təmin etmək tədbirlərini görməlidir. Təklif olunan iqtisadi inteqrasiya və kommunikasiya xətlərinin açılması prosesi başlamalıdır. Təşəbbüsü başqalarının əlinə verməmək üçün əldə olunan razılaşmalar doğrultusunda siyasət yürüdülməlidir. Başqaları deyil, biz maraqlı olmalıyıq”.

Hərbi ekspert Belarus-Azərbaycan hərbi yaxınlaşmasının səbəblərindən  danışır - 07.05.2019, Sputnik Azərbaycan

 Üzeyir Cəfərov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərovun bu mövzu ilə bağlı maraqlı yanaşması var: “Ermənistana qəti şəkildə göstəriş verilib ki, Soçi görüşünün əhəmiyyətini azaltmamaq və qarşıdakı 15 dekabr Brüssel görüşü üçün müzakirə üçün mövzu verməmək üçün ən azından iki həftə müddətində artıq-əskik hərəkətlər etməsinlər. Məhz bu ”mərkəz"dən gələn göstərişin nəticəsidir ki, zahirən hər şeyin sakitcə hökm sürdüyünün şahidiyik. Əlbəttə ki, bu, müvəqqətidir və ilin sonunadək və qarşıdakı dönəmlərdə yenə ciddi qarşıdurmalar baş verəcək. İstisna etmirəm ki, ölənlər və yaralananlar da olacaq. Ona görə də biz diqqətli şəkildə prosesləri izləməliyik, qabaqlayıcı addımlar atmalıyıq". Polkovnik Cəfərov da bu fikirdədir ki, Ermənistan, sadəcə, hələlik ona verilən təlimata ciddi əməl etməyə məcburdur: “Bu xahişin və inadkarlığın arxasında maddi maraq sözsüz ki var. Bunun hansı şəkildə olacağını yaxın müddətdə görəcəyik. Bölgədəki hadisələrin baş ”ssenaristi" və icraçısı olan Rusiya öz dominantlığını bir daha xüsusi vurğulamaq üçün hələlik öz vassalına ciddi tapşırıqlar verib. Bunu görmək və anlamaq üçün o qədər də əlavə araşdırmaya ehtiyac yoxdur. Ermənistan həmin Ermənistan, rəhbərlik də həmın Paşinyan komandasıdır. Sual oluna bilər ki, bəs nə dəyişib ki, bunlar özlərini belə sakit aparır? Cavab çox sadədir. Hər şey, “köhnə hamam, köhnə tas”dır. Sadəcə, Brüssel görüşünün əhəmiyyətsizliyini, lazımsızlığını, ən önəmlisi isə Rusiyanın “vacibliyini” xüsusi olaraq vurğulamaq üçün belə lazımdır. Nə qədər ki, bölgəmizdə Ermənistan kimi sürüşkən və qeyri-ciddi formal da olsa dövlət mövcuddursa, hər zaman gərginlik olub, var və olacaq. Bunu biz heç vaxt unutmamalıyıq və yaddan çıxartmamalıyıq. Ermənistan Rusiya ilə Qərb arasında vurnuxur. Özləri də az qala başlarını itiriblər. Görünən odur ki, elə Ermənistanla yanaşı ona havadarlıq edən dövlətlər də o qədər də bölgədəki vəziyyətin tam düzəlməsində, stabilləşməsində maraqlı deyillər. Bir sıra ciddi məqamlar var ki, onlar gözə çarpmasalar da çox ciddi şəkildə bölgədəki vəziyyətə təsir göstərirlər".

“Yeni Müsavat”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR