Saat:16:12
Haqqımızda

Sergey Şoyqu britaniyalı həmkarını Moskvaya səfərə dəvət edib

2022-01-21 19:12:00

Sergey Şoyqu britaniyalı həmkarını Moskvaya səfərə dəvət edib

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Böyük Britaniyanın müdafiə naziri Ben Vollesi Moskvaya səfərə dəvət edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Sergey Şoyqu britaniyalı həmkarına qarşılıqlı münasibətlər prinsipi əsasında təhlükəsizliyə dair bütün aktual məsələləri Ben Vollesə istənilən uyğun vaxtda Moskvada müzakirə etməyi təklif edib”, - məlumatda bildirilib.

Qeyd edək ki, “Sky News” telekanalı Böyük Britaniyanın Ukraynaya 30 xüsusi təyinatlı hərbçi göndərdiyinə dair məlumat yayıb. \\Report

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR