Sergey Şoyqu Ben Volleslə nə danışacaq?
Britaniya Müdafiə Nazirliyinin rəhbəri Ben Volles 2022-ci il yanvarın 17-də Britaniya parlamentində çıxış edərkən rusiyalı həmkarı Sergey Şoyquya Londona səfər etmək üçün dəvət göndərdiyini bildirib.
“Bu gün mən rusiyalı həmkarım Sergey Şoyquya yaxın vaxtda Londona səfər etməyə dəvət edirəm. Biz ümumi təhlükəsizlik problemləri ilə bağlı məsələləri müzakirə etməyə və xoş niyyətlə konstruktiv dialoq aparmağa hazırıq”, deyə Ben Volles açıqlama verib. O, həmçinin əlavə edib ki, Şoyqunun onun dəvətini qəbul edib-etməyəcəyinə əmin deyil.
Britaniya geosiyasi reytinqini yüksəltməyə, Rusiyanın müdafiə naziri ilə danışıqlar yolu ilə əhəmiyyətini göstərməyə və eyni zamanda ABŞ və NATO-nun əsas təhlükəsizlik təminatlarından imtina etməsi ilə bağlı Rusiyanın planlarının nədən ibarət olduğunu araşdırmağa çalışır.
Yeri gəlmişkən, 2021-ci ildə London Qlazqoda iqlim konfransı keçirdi və bu konfransda nə Rusiya Prezidenti Vladimir Putin, nə də Çin Prezidenti Si Tszinpin şəxsən iştirak etmək istəmədi.
Ülviyyə, Hurriyyet.az