“Sergey Lavrovun guya “Laçın dəhlizinin açılması” ilə bağlı Azərbaycana gəlməsi...”

2023-02-28 16:15:00

“Sergey Lavrovun guya “Laçın dəhlizinin açılması” ilə bağlı Azərbaycana gəlməsi...”

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun guya "Laçın dəhlizinin açılması" ilə bağlı Azərbaycana gəlməsi fikirləri ermənilərin istəyidir. Bunun həqiqətə uyğun olduğuna inanmıram”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın sabiq XİN rəhbəri, politoloq Tofiq Zülfüqarov deyib.

O, Lavrovun Bakıya gəlişi barədə erməni mətbuatındakı iddialara toxunub.

Eks-nazir bəyan edib ki, ekoaktivistlərin fəaliyyətinin dayandırılması yalnız bir halda baş verə bilər ki, onların əvəzinə dövlət qurumları orada giriş-çıxış və nəzarət məntəqəsini açsınlar:

“Yeganə yol budur və Azərbaycan bu yoldan dönən deyil. Siyasi məntiq də onu göstərir ki, Azərbaycanın məqsədi 2 il yarım müddətində maksimal dərəcədə məsələləri həll etməkdir. Çünki bu müddətdən sonra sülhməramlıların mandatı bitir. Ərazi bütövlüyünün bərpası isə sərhəd qanunlarının işləmədiyi halda mümkün deyil. Bunun üçün də giriş-çıxış mövzusu mütləq öz həllini tapmalıdır.

Azərbaycanın digər bir təzyiqi də var. Biz deyirik ki, Qarabağda münaqişə bitib. Əgər bitibsə, deməli, orada ərazi bütövlüyü bərpa olunub. Ərazi bütövlüyünün bərpası isə birmənalı olaraq sərhəd qanunlarının təsdiq olunmasıdır”.

T. Zülfüqarov əmindir ki, Rusiya bu barədə hansısa fərqli rəydədir:

“Lakin Azərbaycan tərəfindən bunun qəbul edilib-edilməyəcəyinə gəldikdə, hesab edirəm ki, bu, mümkün olmayacaq. Azərbaycan heç vaxt buna getməz”.

Siyasi təhlilçi "Laçın yolunun açılması" ilə bağlı Rusiyanın hansısa basqılar edə biləcəyinə inanmır:

“Çünki Rusiya-Azərbaycan münasibətləri bu şəkildə qurulmayıb. Hazırda Azərbaycan Rusiyaya daha çox lazımdır. Regionda Azərbaycan, Türkiyə və İran kimi tərəfdaşlar Rusiya üçün strateji əhəmiyyət kəsb edir. Burada həmişə olduğu kimi, maraqların balansı axtarılmalıdır. Amma bu axtarış belə səpkidə baş verməyəcək. Hazırda geopolitik vəziyyət tam fərqlidir. Birmənalı olaraq, Azərbaycan Prezidentinin Türkiyə səfəri və digər bəyanatlar onu göstərir ki, Azərbaycan öz siyasətindən dönən deyil”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.306473