Sergey Lavrov nəqliyyat kommunikasiyalarının açılmasına dair BƏYANAT verdi

2022-06-09 13:30:00

Sergey Lavrov nəqliyyat kommunikasiyalarının açılmasına dair BƏYANAT verdi

Rusiya XİN naziri Sergey Lavrov regionda nəqliyyat kommunikasiyalarının açılmasına dair açıqlama verib. 
“Dəmir yolu marşrutu razılaşdırılıb. Hazırda avtomobil marşrutunun koordinasiyası tamamlanır və qurulacaq rejimin koordinasiyası tamamlanır. O, sadələşdiriləcək, lakin bu, mütləq Ermənistan ərazilərinin suverenliyinin tanınmasına əsaslanacaq və burada heç bir anlaşılmazlıq ola bilməz.
Bunlar uzun illər infrastrukturun yaradılması ilə bağlı olan şeylərdir və burada hər şeyi diqqətlə ölçmək lazımdır və kökündən baltalanmamalıdır”.

P.S. Açıqlamanın mətnindən də görünür ki, Moskva həmişəki kimi öz maraqlarının təmin olunmasını öndə tutur və onu gəlişi ilə İrəvanda bu gün keçirilən yürüşdə çığır-bağır salan kütlənin təmsil etdiyi qaraguruhçü erməni müxalifətinin maraqlarını təmin etmək istəyindən uzaqdır.

Ülviyyə, Hurriyyet.az
 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya