Saat:21:50
Haqqımızda

Sərdar Cəlaloğlu kişiləri qınadı: “Arvad-uşaqlarını atıb Nataşanın yanına gedirlər”

2022-07-22 15:14:00

Sərdar Cəlaloğlu kişiləri qınadı: “Arvad-uşaqlarını atıb Nataşanın yanına gedirlər”

Azərbaycanda zaman-zaman qadın hüquqlarına məhdudlaşdıran çağırışlar olub. Bu barədə fikirlər fərqli olsa da, ən çox ailəsi dağılmış qadınların azadlığını qısıtlandırmağa dair bir çox çağırışlar edilib.

ADP sədri Sərdar Cəlaloğlu Yenisabah.az-a bu barədə geniş şərh verərək bildirib ki, Azərbaycanda qadın hüquqlarını məhdudlaşdırmaq ölkəmizi 16-cı əsrə aparıb çıxaracaq:

“Azərbaycan Konstitusiyasına görə vətəndaşların peşə hüququ var. Konstitusiyaya zidd fikir söyləmək konstitusiyanın pozulması deməkdir. Kiminsə ailə vəziyyətinə, şəxsi həyatındakı problemlərə görə onun əmək və peşə hüququnu poza bilmərik, çünki konstitusiya bunu qadağan edir. Amma təbii elə peşələr var ki, o peşələrdə işə götürülərkən şəxsin psixoloji durumu, ailə vəziyyəti nəzərə alınır. Məsələn, kimsə içki düşkünüdür, ona məktəbdə, baxçada iş vermək olmaz, amma hansısa qadın ailəsini itiribsə, boşanıbsa bəlkə də qadının heç bir günahı yoxdu bu məsələdə, onun buna görə əmək hüququnu məhdudlaşdırmaq bizi Avropadakı 16-cı əsrə aparıb çıxarar. Avropada 16-cı əsrdə belə bir qanun vardı ki, ümumiyyətlə qadınlara iş vermək olmaz. Ona görə də dul qadınlar dilənməkdən başqa yol tapa bilmirdilər. Ona görə də biz qadınlarımızı işləmək hüququndan məhrum etməməliyik, buna qəti razılıq verə bilmərik, bu geriyə doğru addım olar.”

S. Cəlaloğlu düşünür ki, təhsil eksperti Kamran Əsədov boşanmış qadınların baxçaya götürülməsinə etiraz etməkdə haqsızdır:

“Deyək ki, hansısa ərli qadın əxlaqsızdır, o baxçada işləyə bilər? Hansısa ərli qadın alkoqolikdi, o işləyə bilərmi uşaq baxçasında? Namuslu bir qadın hansısa səbəbdən ailəsi dağılıbsa gedib uşaq baxçasında işləyə bilər, heç bir problem yoxdur bunda. Biz niyə problemin kökü qala-qala tamamilə aidiyyatı olmayan bir yerdə axtarırıq həll yolunu? Çox güman ki, Kamran Əsədov boşanmış qadınların psixologiyasına görə bu sözləri deyib. Bu gün ailələrin dağılmasının əsas günahkarı kişilərdi. Kişi ailəni dağıdırsa, arvad necə qorumalıdır o ailəni? Azərbaycanda 15-20 % kişi arvad uşağını atıb gedir Rusiyaya. Gedib orda bir Nataşa tapıb ailə qurur, öz ailəsini unudur. Buna o qadın neyləsin? Ona görə də Azərbaycanda qadın hüquqlarının məhdudlaşdırılmasına doğru yönəlmiş bu tip çağırışlar həm beynəlxalq qadın hüquqlarına ziddir, həm də Azərbaycanın beynəlxalq nüfuzuna çox ciddi zərbə vura bilər”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR