Saat:00:27
Haqqımızda

Serbiya və Kosova arasında danışıqlar nəticəsiz qalıb - Borell

2022-08-18 23:12:00

Serbiya və Kosova arasında danışıqlar nəticəsiz qalıb - Borell

Serbiya prezidenti Aleksandar Vuçiç və Kosovo Respublikasının baş naziri Albin Kurti vəziyyətin nizamlanması ilə bağlı razılığa gələ bilməyiblər, lakin yaxın vaxtlarda danışıqları davam etdirməyə razılaşıblar.

 Aİ diplomatiyasının rəhbəri Josep Borrell danışıqlar raundunun uğursuzluğunu elan edib .

“Hələ razılığa gəlməmişik, lakin bu, hekayənin sonu deyil. Hər iki lider dialoqun davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər, danışıqların yaxın günlərdə bərpa ediləcəyi bildirilir. Sentyabrın 1-nə qədər vaxt var, mən təslim olmayacam "dedi Borrell. 

Onun sözlərinə görə, Serbiya və Kosovo nümayəndələri anlayırlar ki, münaqişə yalnız danışıqlar masası arxasında həll oluna bilər.

Qeyd edək ki, iyulun 31-də Serbiya və Kosovo sərhədində yeni gərginlik baş verib . Kosovonun şimal bölgələrində hava hücumu siqnalları işə düşüb və serblər Rudaredə, Priştina-Leposaviç şossesində və Zvecan şəhərindən çox da uzaq olmayan yerdə barrikadalar qurmağa başlayıblar. Sərhəd zonasında atışma səsləri eşidilib. \\Manşet

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR