Serbiya Prezidenti: “Cənab Ərdoğandan xahiş etmişik ki, Azərbaycandan enerji tədarükü məsələsi ilə bağlı bizə kömək etsin”

2022-09-08 11:13:00

Serbiya Prezidenti: “Cənab Ərdoğandan xahiş etmişik ki, Azərbaycandan enerji tədarükü məsələsi ilə bağlı bizə kömək  etsin”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç dünən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransı zamanı Ukraynadakı müharibə nəticəsində Serbiyanın da bir sıra Avropa ölkələri kimi problemlərlə üzləşdiyini bildirib və bu problemlərin həllində Azərbaycanın enerji ehtiyatlarına və Türkiyə Prezidenti Ərdoğanın vasitəçiliyinə ehtiyacı olduqlarını bildirib.

Vuçiç deyib: “Azərbaycandan Serbiyaya enerji ehtiyatlarının tədarükü ilə bağlı səylər davam edir. Biz Prezident Ərdoğana müraciət edərək, bu məsələnin həllində köməklik göstərməsini xahiş eləmişik”.

Bəlli olduğu kimi, avqustun 21-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib və bir neçə gün sonra verdiyi açıqlamalarında Serbiyanın 2023-cü ildə Azərbaycandan qaz almağı planlaşdırdığını bildirib.

Xatırladaq ki, 2020-ci il avqust ayının 7-də isə Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edərək, həmin ilin iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı hərbi qulluqçularımızın həlak olması ilə əlaqədar başsağlığı vermiş, eyni zamanda, bu hərbi toqquşmalarda Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirmişdi. O, bu vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd etmişdi.

Hürr Tərcüman

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059809