Saat:19:41
Haqqımızda

Serbiya naməlum uçan obyektə görə MiQ-29-ları havaya qaldırdı

2024-03-30 22:17:36

Serbiya naməlum uçan obyektə görə MiQ-29-ları havaya qaldırdı

Serbiya Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə paytaxt Belqraddan 100 km aralıda yerləşən Valevo şəhəri ərazisində naməlum uçan obyekti yaxalamaq üçün havaya qaldırılıb.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hava hücumundan müdafiə radarları saat 10:39-da (Bakı vaxtı ilə 13:39) Valevo şəhəri üzərində 5,5 km yüksəklikdə naməlum obyekt aşkarlayıb:

“Serbiya Prezidenti və Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandar Vuçiçin əmrinə əsasən bir cüt növbətçi-yaxalayıcı MiQ-29 havaya qaldırılıb, növbətçi hava hücumundan müdafiə sistemləri hava məkanına nəzarəti davam etdirib”.

Lakin tezliklə hədəf radar ekranlarından itib. Təyyarələr onu axtarsalar da, obyektin yerini müəyyən edə bilməyiblər, bundan sonra yaxalayıcılar öz aerodromlarına qayıdıblar.

Qeyd edək ki, Valevo şəhərində bir neçə iri sənaye müəssisəsi, o cümlədən ölkənin müdafiə kompleksində mühüm rol oynayan Krusik zavodu yerləşir. \\Ölkə.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR