Saat:13:40
Haqqımızda

"Separatçıları məhv etmək üçün bütün imkanlardan yararlanmaq lazımdır" - ELXAN ŞAHİNOĞLU

2021-10-15 10:57:00

"Nə qədər ki, Qarabağda əlində silah olan separatçılar tərksilah olunmayıblar dincliyimiz təmin olunmayacaq"

"İşğaldan əvvəlki dövrə - snayper müharibəsinə qayıtdıq. Hərbçimiz şəhid oldu, növbəti gediş bizimdir". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloq hesab edir ki, düşmən də mütləq itki verməlidir, ancaq düşmən keçmiş illərdən fərqli olaraq rusiyalı hərbçilərin arxasında gizlənib və onların arxasından atəş açır: "Lakin snayper müharibəsinin məqsədi də odur ki, hədəf dəqiq seçilir. Ona görə də ortada qalan rus hərbçilərinə zərər vermədən arxalarındakı separatçıları məhv etmək üçün bütün imkanlardan yararlanmaq lazımdır. Dronlar da dəqiqliyi ilə seçilir".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, nə qədər ki, Qarabağda əlində silah olan separatçılar tərksilah olunmayıblar dincliyimiz təmin olunmayacaq.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR