Separatçılardan özünüifşa AÇIQLAMASI

2023-09-12 16:45:54

Separatçılardan özünüifşa AÇIQLAMASI

Qarabağdan daha 13 “xəstə” onları müşayiət edən şəxslərlə birlikdə Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və dəstəyi ilə Ermənistanın ixtisaslaşmış tibb mərkəzlərinə çatdırılıb.

Hurriyyet.az bildirir ki, bu xəbəri erməni mətbuatı yayıb.

Qarabağdakı oyuncaq “səhiyyə nazirliyi” bildirib ki, 24 saat ərzində Ermənistana müalicə üçün göndərilmiş 5 xəstənin Qırmızı Xaç Komitəsinin müşayiəti ilə Xankəndiyə qaytarılması planlaşdırılır.

Separatçılar bu faktlarla Qarabağda hər hansı “blokada”nın olmadığını, Laçın yolu ilə gediş-gəlişdə hər hansı problemin yaranmadığını təsdiqləmiş olurlar./musavat.com/


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.140850