"Separatçılar və Ermənistan hakimiyyəti dəmir iradə qarşısında təslim oldular" - ZAUR MƏMMƏDOV

2023-08-29 14:37:16

"Dünən 6 saat davam edən Xankəndidəki iclasda bu və dialoq mövzusu müzakirəyə çıxarılmış, Azərbaycanın tələblərini yerinə yetirməkdən başqa çıxış yollarının olmadığı başa düşülmüşdür"

"Bakı məqsədinə çatdı. Beləliklə, əldə edilmiş razılığa əsasən Ağdam-Xankəndi yolu vasitəsilə Bakıdan hümanitar yardım Qarabağ ermənilərinə çatdırılacaq. Xatırladım ki, bir neçə həftə əvvəl Ağdam-Xankəndi yolunun açılmasından sonra Laçın yolunun açılacağı ilə bağlı şərt qoyulmuşdu. Yolun açılacağı gün də müəyyənləşmişdi. Lakin bir sutka qalmış separatçılar Bakının tələbinə qarşı çıxmışdılar". Hurriyyet.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.

Politoloqun fikrincə, ümidləri boşa çıxan separatçılar və Ermənistan hakimiyyəti dəmir iradə qarşısında təslim oldular: "Dünən 6 saat davam edən Xankəndidəki iclasda bu və dialoq mövzusu müzakirəyə çıxarılmış, Azərbaycanın tələblərini yerinə yetirməkdən başqa çıxış yollarının olmadığı başa düşülmüşdür".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.131647