Saat:04:13
Haqqımızda

Separatçılar təxribatlara hazırlaşır: Xocalıda təlimlər keçirilir - Video

2023-06-03 10:00:00

Separatçılar təxribatlara hazırlaşır: Xocalıda təlimlər keçirilir - Video

Qarabağın dağlıq hissəsində dislokasiya olunmuş qanunsuz erməni silahlı dəstələri Xocalıda təlimlərə başlayıblar.

Hurriyyet.az Ordu.az-a istinadən xəbər verir ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında özlərini toxunulmaz hesab edən qanunsuz silahlılar Xocalı hərbi poliqonunda atış təlimlərinə başlayıblar.

Xatırladaq ki, Xocalıda sülhməramlıların bazası yerləşir. Qanunsuz erməni silahlı dəstələrinin məhz burada təlim keçməsi rus sülhməramlıların 10 noyabr 2020-ci il bəyanatının tələblərini icra etməməsinin və bunu kobud şəkildə pozmasının nəticəsidir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR